VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Azərbaycan və Ermənistan tarixinin qadağan edilmiş tarixçəsi barədə unikal film hazırlanıb.
 
BAKU.WS-in məlumatına görə, filmdə Rusiya və erməni siyasətçilərinin, alimlərin fikirləri, həmçinin ilk dəfə Rusiyanın, Türkiyənin və Gürcüstanın arxivlərindən Azərbaycanın tarixi ilə bağlı nadir sənədlər geniş tamaşaçı kütləsi üçün təqdim edilib.
 
Film Qafqazın tarixiylə və Azərbaycan-Ermənistan münaqişəsinin səbəbləriylə maraqlanan tamaşaçılar üçün yaxşı maddi dərslik olacaq. Filmin müəllifi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundovdur. 
 
Filmin elmi məsləhətçisi isə "AZER-GLOBE” İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESCO kafedrası şöbəsinin dosenti, tarixçi Rizvan Hüseynovdur.
 
Film "AZER-GLOBE” İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzinin Azərbaycanın tarixinin öyrənilməsinə dair həyata keçirdiyi bir sıra layihələrdən biridir. 
 
BAKU.WS