SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Nigar Jamal "Get həyatımdan" adlı mahnısına çəkdirdiyi klipi təqdim edib.

BAKU.WS-in məlumatına görə, Orxan Abraxanovun rejissorluq etdiyi klipdə sənətçinin tərəf müqabili qismində Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli çıxış edib.

Mahnının sözləri Fərid Pənahova, musiqi isə Flamingo Records-a məxsusdur.

Nigar ekran işinin 1 gün ərzində çəkildiyini, özü şəxsən klipdə rol almaq üçün Murada təklif etdiyini qeyd edib. Müğənnini bildirib ki, Murad Qulubəyli ilə tərəf müqabili olmaq çox xoşdur:

"Murad klipdə rolunu elə gözəl oynayıb ki, hamı düşünürdü ki, sevgiliyik. Amma yox, biz yaxşı dostuq”.

Tədbirdə çıxış edən DTX rəisi Mədət Quliyev yaradıcı gəncləri təbrik edib, təqdimatla bağlı xoş sözlər deyib:


“Yaradıcı gəncləri bugünkü gün münasibəti ilə təbrik edirəm. Bu günlər bizim müqəddəs bayramımızdır. Həmçinin klipin təqdimatı münasibətilə də təbrik edirəm.

Əslində bu gənclərin, yaradıcı qrupun təqdimatı deyil. Bu siyasəti ulu öndər 25 il bundan qabaq qoyub. Bu gün o bizlə yoxdur. Onun ruhu bizimlədir. Gənclərin bu gün yaratdıqları ulu öndərin ruhunu şad edir.

Həm gənclərə, yaradıcı qrupa, həm də əziz jurnalistlər sizə baxanda fəxr edirəm. Artıq siz müstəqil gənclərsiniz”.

Ekran işinin təqdimat gecəsində Əməkdar artist Nərgiz Cəlilova, AzTV-nin bədii rəhbəri Ranar Musayev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, müğənnilər Samir Cavadzadə, Eldar Qasımov, aparıcılar Kamilə Babayeva, Hacı Nuran Hüseynov, reper ABD Malik, şair Zəhra Bədəlbəyli və başqaları iştirak edib.

Hüseyn Məmmədsalahov
BAKU.WS