SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda evində ölü tapılan qadına 43 bıçaq zərbəsi vurulub.

BAKU.WS-in APA TV-yə istinadən verdiyi məlumata görə, hadisədən ilk olaraq öldürülən şəxsin qızı xəbər tutub, polisə də o məlumat verib.

İlkin araşdırma zamanı Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında meyiti tapılan qadının 1960-cı il təvəllüdlü Məryəm Namədzadə olduğu müəyyənləşib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

***13:45*** 

 

Bu gün Bakıda dəhşətli cinayət hadisəsi baş verib.

BAKU.WS
-in "Qafqazinfo” saytına istinadən verdiyi məlumata görə, "Jewellery" zinət əşyaları mağazasının sahibəsi Məryəm adlı qadın "Nəsimi bazarı” ərazisindəki evində qətlə yetirilib.

Qonşuların sözlərinə görə, qadının başı kəsilmiş şəkildə meyiti tapılıb.

Nəsimi rayon Prokurorluğundan "Qafqazinfo"ya bildirilib ki, hazırda müstəntiqlər hadisə yerindədir. Araşdırma aparılır.  

Qeyd edək ki, mərhum biznes ledi şou-biznes nümayəndələri ilə yaxınlığı ilə tanınır. Mətanət İsgəndərli, Könül Kərimova, Mətanət Əsədova və başqa müğənnilər mağaza sahibəsinin daimi müştəriləridir.

BAKU.WS