SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.

BAKU.WS xəbər verir ki, görüşdə "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri Tahir İmanov özəl telekanallar tərəfindən onlara qoyulan qadağanı prezidentin diqqətinə çatdırıb.

Dövlət başçısının reaksiyası belə olub: "Sizə kim qadağa qoyub? Sizə heç kim qadağa qoya bilməz! Kim qoyubsa, deyin, biz o qadağanı aradan götürək".

Tahir İmanov prezidentin sualına "özəl telekanallar" deyə cavab verib.

İlham Əliyev, "Hesab edirəm ki, onlar səhv ediblər. Dövlət tərəfindən sizə qadağa qoyula bilməz. Əgər bu qadağa doğrudan da varsa, təmamilə götürülməlidir"!, deyib. 

Zülfiyyə Qurbanova
BAKU.WS





"Camaatın min dərdi var" - Fərhad Bədəlbəylidən Zeynəb Xanlarovaya ETİRAZ (VİDEO)
Zeynəb Xanlarova: "Xahiş edirəm, xahişlərinizi saxlayın" - VİDEO
Prezident və birinci xanım mədəniyyət xadimləri ilə görüşdü - VİDEO+FOTO (YENİLƏNİB)
"Maaşlarımız azdır" - Afaq Bəşirqızı prezidentə şikayət etdi (VİDEO)
İlham Əliyev: Hacı Zeynalabdin Tağıyev mənim babama dəstək olub – VİDEO