VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Əgər vətəndaş 0,78 məzənnə ilə dollar krediti götürübsə, devalvasiyadan sonra krediti yüksək məzənnə ilə ödəyibsə, iki məzənnə arasındakı fərqi geri alacaq".

BAKU.WS xəbər verir ki, bu sözləri Mərkəzi Bankın baş direktoru Rəşad Orucov REAL TV-nin canlı efirində prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərmanın müzakirəsi zamanı deyib: 

"Devalvasiyadan öncə götürülüb ödənilən və sonra götürülən kreditlərə kompensasiya nəzərdə tutulmayıb. 10 min dollardan çox olan kreditlərə də bu güzəştlər şamil edilmir".

Azərbaycanda devalvasiya 21 fevral 2015-ci ildə baş verdi. Milli bank manatın 1 dollara görə dəyərini 1.05 AZN təyin etdi. Devalvasiya 33.8% oldu. 21 dekabr 2015-ci ildə isə 2-ci devalvasiya oldu və 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,55 manat səviyyəsində qərarlaşdı.

Şahin
BAKU.WS