SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıtda marşrut avtobusunun dəhşətli qəza anı müşahidə kamerasına düşüb.

BAKU.WS xəbər verir ki, ətrafdakı obyektlərdən birinin kamerasına düşən görüntüdə qəzanın baş verdiyi an görünür. Hadisə zamanı 42 nəfər yaralanıb. 

Xatırladaq ki, fevralın 21-də hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib.

Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb.

Hadisə nəticəsində 42 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Şahin
BAKU.WS