SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda vitrinlərindəki şirniyyatların üzərində siçovullar gəzən mağaza bağlanıb.

BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, bir neçə gün əvvəl gündəmə çevirilən "Gəncə Cake Hose" şirniyyat evi artıq fəaliyyət göstərmir.

Qida Təhlükəsizliyi Agentliyi araşdırmalara başladığı şirniyyat mağazasında ciddi nöqsanlar aşkarlayıb. Agentliyin Bakı regional bölməsinin rəisi Əkbər Əliyev deyib ki, mağazanın fəaliyyəti aşkarlanan problemlər aradan qaldırılana qədər dayandırılıb.

Ümumiyyətlə, son dövrlər şirniyyat satış yerlərində belə görüntülərə tez-tez rast gəlinir. Gündüzlər müştərilərə bəh-bəhlə satılan şirniyyatların qonaqları gecələr bu gəmiricilər olur. Bu isə kremli və unlu qənnadı məhsulların istehsal və satış yerlərində hansı sanitar tələblərə əməl edilməsi məsələsini gündəmə gətirir

Agentlik rəsmisi deyib ki, bu cür riskli məhsullar hazırlanarkən və satışa göndərilərkən xüsusi sanitar norma və qaydalara riayət edilməlidir. Həmçinin belə müəssisələrdə çalışanlar mütəmadi tibbi müayinədən keçirilməli, xüsusi uniformalarla təmin edilməlidir.

Əks halda bu məhsullar insan orqanizmində sağalmaz iz buraxa bilər.

Bu məhsullar həm açıq şəkildə, həm də qablaşdırılmış formada satıla bilər. Lakin satışa verilərkən mütləq üzərində adı, tərkibi, saxlanma rejimi, istehsal tarixi və saxlanma rejmi haqqınada məlumat olmalıdır. Deyilən tələblərə əməl etməyən vəzifəli şəxslər 200-dən 2000 manata qədər, hüquqi şəxslər isə 4 mindən 6 min manata qədər cərimə edilə bilər.

Xatırladaq ki, sözü gedən şirniyyat evindəki vəziyyətlə bağlı ilk dəfə BAKU.WS saytı məlumat yaymışdı

BAKU.WS


BAKU.WS