» » Kimlərin maaşı artır? - RƏSMİ AÇIQLAMA


11-02-2019 | 10:06

  • 3 907

Kimlərin maaşı artır? - RƏSMİ AÇIQLAMA


Martın 1-dən minimum əmək haqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılması dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda çalışan azı 600 min işçinin əmək haqqının artmasına imkan verəcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə bu artım əmək haqları Vahid Tarif Cədvəli (VTC) üzrə ödənilən 450 mindən çox işçiyə şamil olunacaq. Onların sırasında daxildir:

-elm, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma müəssisələrində,

dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər və digər təhsil işçiləri istisna olmaqla, təhsil müəssisələrində çalışan işçilər;

-dövlət qulluğunun xüsusi növündə çalışan, əmək haqları Vahid Tarif Cədvəli üzrə ödənilən mülki işçilər;

-dövlət qulluğunun ümumi növündə yardımçı vəzifələrdə minimum əmək haqqından aşağı maaş alan dövlət qulluqçuları;

-dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu hesab edilməyənlər (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.);

-dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda (Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli 94 nömrəli qərarı ilə əmək haqları tənzimlənən təşkilatlar:

Azərbaycan Milli Elmlər Akademiyası, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi,

İcra Hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar, dövlət arxivləri, elmi mərkəzlər, Dövlət Film Fondu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi,

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsi, Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzi) aşağı əmək haqqı alan xidmətedici heyət işçiləri.

Eyni zamanda, minimum əmək haqqı artımı özəl sektorda çalışan və əmək haqqı 180 manatdan az olan işçilərin (ilkin hesablamalara əsasən azı 150 min nəfər) əmək haqqının artmasına səbəb olacaq.

Dövlət başçısının yeni Sərəncamı ilə minimum əmək haqqının artırılması muzdla çalışanların azı 40%-nin əmək haqlarının artmasına imkan verəcək.

Minimum əmək haqqının artırılması üçün dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin 10 ayı (mart-dekabr) 335 milyon manatadək əlavə vəsait ayrılacaqdır.

BAKU.WS
Teqlər: maaş məvacib pul
Top XəbərlərЛучшее на сайте
Azərbaycanlılarla çeçenlər arasında Azərbaycanlılarla çeçenlər arasında "müharibə"yə səbəb olan VİDEO Hadisə / Video Azərbaycanlıları təhqir edən Alixanı belə cəzalandırdılar (VİDEO) Azərbaycanlıları təhqir edən Alixanı belə cəzalandırdılar (VİDEO) Hadisə / Video Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO Əsas Xəbər / Hadisə İcra hakimiyyəti “Bu şəhərdə”nin konsertinə icazə vermədi İcra hakimiyyəti “Bu şəhərdə”nin konsertinə icazə vermədi Şou-biznes Azərbaycanlı müğənninin anasının yasına gedənlər: Azərbaycanlı müğənninin anasının yasına gedənlər: "Yeməyə heç nə vermədilər, ac qaldıq..." - VİDEO Şou-biznes / Video "Adam o qədər zəngindir ki, 15-20 müğənni saxlaya bilər" - Damlanın məmur sevgilisinin FOTOSU Şou-biznes "Neolit"ə silahlı hücum oldu: 10 nəfər yaralanıb Hadisə / Video Bakıda baş verən ağır qəzadan 1 dəqiqə öncə (VİDEO) Bakıda baş verən ağır qəzadan 1 dəqiqə öncə (VİDEO) Hadisə / Video Mədinədə DƏHŞƏT – Şiə olduğu üçün uşağın başını ananın gözü qarşısında kəsdilər – FOTO Mədinədə DƏHŞƏT – Şiə olduğu üçün uşağın başını ananın gözü qarşısında kəsdilər – FOTO Hadisə Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapıldı - FOTO Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapıldı - FOTO Həyat tərzi Siqaretləri elə yerdə gizlətdilər ki, gömrük işçiləri mat qaldı – VİDEO Siqaretləri elə yerdə gizlətdilər ki, gömrük işçiləri mat qaldı – VİDEO Hadisə / Video "Gəncə Cake House"da iyrənc MƏNZƏRƏ - VİDEO Video / Sosial Bakıda yeni virus yayıldı - bu əlamətlər olduqda antibiotikdən qəti istifadə etməyin! Bakıda yeni virus yayıldı - bu əlamətlər olduqda antibiotikdən qəti istifadə etməyin! Əsas Xəbər / Hadisə Azərbaycana kəskin soyuqlar gəlir, güclü yağış, qar yağacaq Azərbaycana kəskin soyuqlar gəlir, güclü yağış, qar yağacaq Sosial 100-dən çox çeçenin azərbaycanlılara hücum etdiyi görüntülər (VİDEO) 100-dən çox çeçenin azərbaycanlılara hücum etdiyi görüntülər (VİDEO) Hadisə / Video Sabiqlərin mənimsədiyi milyardlar yenidən gündəmdə: Müsadirə edilsin! Sabiqlərin mənimsədiyi milyardlar yenidən gündəmdə: Müsadirə edilsin! Əsas Xəbər / İqtisadiyyat 50 yaşlı xanəndənin mini ətəkdə FOTOSU 50 yaşlı xanəndənin mini ətəkdə FOTOSU Şou-biznes Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: "9 il sonra qarşılaşdıq" Şou-biznes Zabit Səmədovun döyüş məktəbinin açılışı oldu - VİDEO/FOTOLAR Zabit Səmədovun döyüş məktəbinin açılışı oldu - VİDEO/FOTOLAR Əsas Xəbər / İdman / Video Qonağın bir öpüşü ilə həyatı cəhənnəmə dönən qızcığaz - VİDEO Qonağın bir öpüşü ilə həyatı cəhənnəmə dönən qızcığaz - VİDEO Həyat tərzi / Video
Son əlavəПоследние публикации
Sabaha olan hava proqnozu - qar yağacaq, şaxta olacaq
17 fevral 2019

Sabaha olan hava proqnozu - qar yağacaq, şaxta olacaq

1 508 Həyat tərzi
17 fevral 2019

"Lotu Quli"nin 3 adamı tutuldu: polis basqını (VİDEO)

1 008 Hadisə / Video
Bakıda 75 min manata ağac satılır - VİDEO
17 fevral 2019

Bakıda 75 min manata ağac satılır - VİDEO

408 Hadisə / Video
Sumqayıtda mağaza yandı
17 fevral 2019

Sumqayıtda mağaza yandı

105 Hadisə
Mehriban Əliyevanın adından “İmamzadə”də ehsan verildi (FOTO)
17 fevral 2019

Mehriban Əliyevanın adından “İmamzadə”də ehsan verildi (FOTO)

299 Əsas Xəbər / Həyat tərzi
FACESTUDIO-dan COLOR ENDİRİMİ
17 fevral 2019

FACESTUDIO-dan COLOR ENDİRİMİ

122 Həyat tərzi
Cəbhədə son vəziyyət
17 fevral 2019

Cəbhədə son vəziyyət

58 Qarabağ
İlham Əliyev Moskvadakı hadisəni nəzarətə götürdü (VİDEO)
17 fevral 2019

İlham Əliyev Moskvadakı hadisəni nəzarətə götürdü (VİDEO)

1 193 Əsas Xəbər / Video / Siyasət
Banklarda pulu olanlara ŞAD XƏBƏR
17 fevral 2019

Banklarda pulu olanlara ŞAD XƏBƏR

1 300 İqtisadiyyat
Günün ulduz falı - 17 fevral
17 fevral 2019

Günün ulduz falı - 17 fevral

316 Həyat tərzi