VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


2018-ci il ərzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilə nisbətən 1,3 faiz artaraq 3409,7 min olub.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, xətaların 49,6 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən illə müqayisədə 4,3 faiz az), 14,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (57,6 faiz çox), 10,9 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (9,7 faiz çox), 9,1 faizi dayanma və ya durma qaydalarının pozulması (7,3 faiz az), 4,0 faizi icbari sığorta müqaviləsinin bağlanmaması (23,9 faiz az), 3,1 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (12,0 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 85,6 milyon manat məbləğində cərimələr tətbiq edilib.

BAKU.WS