SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəzər Rayon İcra Hakimiyyətinə təyin olunan yeni icra başçısı Elşən Rövşən oğlu Salahov əvvəllər də həmin qurumda çalışıb.


BAKU.WS xəbər verir ki, bu təyinatdan əvvəl də həmin qurumda çalışıb.

O, bu vaxta qədər Xəzər rayon icra başçısının birinci müavin vəzifəsində işləyib. Elşən Salahov daha öncə qurumun təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb. Yeni icra başçısı Xəzər rayon Ağsaqqallar Şurasının sədri Hacı Rövşən Salahovun oğludur.

Qeyd edək ki, Prezident İlham Əliyev Elşən Salahovun Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Daha ətraflı "Xəzər rayonuna yeni icra başçısı təyin edildi" adlı xəbərdə tanış ola bilərsiz.

BAKU.WS