055 213 76 73
Bərdə rayonunda yolun kənarından tapılan bacı-qardaşla bağlı araşdırmalar davam edir.
Bu barədə Bərdə rayon icra başçısının birinci müavini Vahid Qarayev BAKU.WS-ə məlumat verib. Bildirilir ki, araşdırmalar zamanı uşaqların anası tapılıb.
“Həmin şəxs Qazax rayon Kəmərli kənd sakini, 1984-cü il təvəllüdlü Yeganə Məhəmməd qızı Aslanovadır. Hazırda uşaqların vəziyyəti yaxşıdır. Onlarla bağlı rayon polis şöbəsində araşdırma aparılır”, - deyə Vahid Qarayev bildirib.
Qeyd edək ki, kənd sakinlərinin dediklərinə görə, uşaqların anası normal həyat tərzi sürmədiyinə görə, uşaqlarına da baxmaqdan imtina edib. Uşaqlardan biri 10 aylıqdır, digəri isə 1 yaş 8 aylıqdır.
Faktla bağlı araşdırma aparılır.
Ziya SƏCCAD
BAKU.WS