VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Baş nazirin müavini Əli Həsənovun daxili işlər orqanlarında çalışan oğluna yüksək vəzifə verilib.

"Report"un məlumatına görə, bəzi saytlarda Binəqədi rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Emin Həsənovun işdən çıxarılması barədə məlumatlar yayılıb.

Bununla bağlı "Report"un sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, Binəqədi rayon Polis idarəsinin rəis müavini, polis polkovniki Emin Həsənov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilib. 

BAKU.WS