VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Azərbaycanda A/H1N1 virusu aşkarlanmış 16 nəfərin heç biri xəstəxanaya yerləşdirilməyib, onların hamısı sağlam vəziyyətdədirlər".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

Onun sözlərinə görə, həmin şəxslərdə adıçəkilən A/H1N1 virusunun olması Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərəfindən təsdiqlənib: "Amma bu "donuz qripi" deyil, mövsümi qripdi".

ÜST-nin Azərbaycan üzrə ofisinin proqram koordinatoru Cəvahir Süleymanova isə bildirib ki, xəstələrə həkim tərəfindən birbaşa qrip diaqnozunun qoyulması düzgün deyil: "Çünki qrip virusu yalnız laborator şəraitdə təsdiqlənir. Yalnız laboratoriyada aparılmış müayinələrdən sonra xəstəyə qrip diaqnozu qoyula bilər".

BAKU.WS