SİZİN REKLAM BURADA!
055 213 76 73



“Gürcüstanda Qarabağ müharibəsində iştirak etmiş erməni hərbçi Mixail Avaqyana büstün qoyulması təxribatdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Azərbaycanlıları Milli Konqresinin (GAMK) sədri Əli Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, abidənin açılması Gürcüstanın azərbaycanlı ictimaiyyəti tərəfindən şiddətlə qınanır: “Bunu Gürcüstan və Azərbaycan arasındakı münasibətlərə xələl gətirməkdə maraqlı olan qüvvələr təşkil edib. Abidənin məhz 20 yanvar tarixində təntənəli şəkildə açılması da təsadüfi deyil. Belə ki, Azərbaycan xalqı həmin gün 20 Yavnar şəhidlərini yad edir. Mixail Avaqyana abidənin qoyulması erməni separatçılarının Gürcüstanda ilk təxribatı deyil”.

Ə.Babayev qeyd edib ki, büstün açılması Gürcüstan ictimaiyyəti tərəfindən də hiddətlə qarşılanıb: “Biz, Gürcüstan hökumətini büstün qoyulmasına icazə verən səlahiyyətli yerli hakimiyyət orqanını dərhal müəyyən etməyə və abidənin götürülməsinə göstəriş verməyə çağırırıq”.

Qeyd edək ki, Mixail Avaqyan Axalkalakinin Buqaşen kəndində doğulub, məktəbi bitirdikdən sonra Ermənistanın Razdan şəhərində texnikomu bitirib. Hərbi xidmətini başa vurduqdan sonra Sverdlovsk Daxili İşlər Nazirliyinin peşə məktəbinə daxil olub. Abxaziya Daxili işlər orqanlarında işləyib. Ermənistanın Sarnaxbyur kəndinə köçüb və orada ailə qurub.

Qarabağ müharibəsi başlayan zaman Mixeil Avaqyan, Horadiz, Xocalı, Hadrut və Fizuli istiqamətlərində döyüşlərdə iştirak edib. Kobra ləqəbli ilə tanınıb. O, Azərbaycan dilinə yaxından bələd lub. Horadiz körpüsü uğurunda mübarizədə snayper tərəfindən yaralanmış, xəstəxanaya aparılarkən yolda həyatını itirib.

BAKU.WS