SİZİN REKLAM BURADA!
055 213 76 73



17 yanvar saat 15:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 30 m/s, Sumqayıtda küləyin ani, maksimal sürəti 40 m/s çatıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahından BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, dalğanın hündürlüyü açıq dənizdə 7,5 metrdir. Respublika ərazisinin əksər rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti, dağlıq rayonlarda 1-3 dərəcə şaxta, dağətəyi rayonlarda 0-3 dərəcə isti aran rayonlarda 4-6 dərəcə isti təşkil edir.

***12:45

Saat 12:30-a olan məlumata əsasən şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində 28- 36 m/saniyədək şiddətlənib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahından BAKU.WS-ə məlumat verilib.

dənizdə dalğanın hündürlüyü bəzi yerlərdə 5,3, bəzi yerlərdə isə 6,2 metrə çatıb.

Artıq paytaxtda sulu qar yağmağa başlayıb.

***09:17

Saat 09:00-a olan məlumata əsasən şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində 30- 35 m/saniyədək şiddətlənib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahından BAKU.WS-ə məlumat verilib.

Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb.

***08:25

Xəbər verildiyi kimi bu gecədən başlayaraq güclü külək Bakını ağuşuna alıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərərgahdan BAKU.WS-ə verilən məlumata görə, hazırda Bakı və Abşeron yarmadasında küləyin sürəti saniyədə 30 metrə çatır.

Dənizdə dalğaların hündürlüyü 4,5 metr təşkil edir.

Külək əsasən gecə saat 03 radələrindən başlayaraq güclənib. Bu gün günorta saat 12-dən sonra küləyin sürəti daha da artacaq.

Ziya SƏCCAD
BAKU.WS