VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabahdan başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

BDYPİ-nin şöbə rəisi Rüfət Quliyev bununla əlaqədar sürücülərə xəbərdarlqı edib. Qurum rəsmisi BAKU.WS-ə açıqlamasında bildirib ki, ehtiyatlı olsunlar.

“Yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə, nəqliyyat vasitələrini idarə edərkən diqqətli olsunlar, avtomobillərinin texniki sazlığına, xüsusilə təkərlərin mövsümə uyğunluğunu təmin etmələrinin, hərəkət zamanı hava şəraitini düzgün qiymətləndirmələri tövsiyə olunur”, - deyə qurum rəsmisi bildirib.


Polis polkovnik-leytenantı onu da qeyd edib ki, sürücülər nasaz avtomobillərlə yola çıxmasınlar:

“Bəzi yolların buz bağlama ehtimalının nəzərə alaraq, qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, “ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən mümkün qədər az istifadə etmələri,

idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormazlama etməmələri tövsiyə olunur.

Mexaniki nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl avtomobilin üzərindəki qar yığınını, ban şüşələrini təmizləməli, şüşə silgəclərinin və şüşəyuyanların,

habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə, bunlardan əlavə avtomobillərin zəncir və dartı kəndiri ilə də təchiz olunmasını təmin etməlidirlər”.

Sonda şöbə rəisi bildirib ki, həmin günlərdə imkan dərəcəsindən şəxsi avtomobillərdən az istifadə edilsin:

“Qarlı, buzlu yollarda nəqliyyat vasitələrini idarə etmə vərdişləri, eləcə də ümumi sürücülük təcrübəsi 3 ildən az olan sürücülərin belə hava şəraitində avtomobil idarə etmələrinin onların özləri və digər hərəkət iştirakçılarının həyat və sağlımlığı üçün təhlükə yaratma ehtimalının yüksək olması nəzərə alınaraq, qeyd olunan hava şəraitində həmin sürücülərin sükan arxasına əyləşməmələri xahiş olunur”.

Ziya SƏCCAD
BAKU.WS