» » Prezident İlham Əliyev: Düşmən də bilir ki...


11-01-2019 | 22:46

  • 468

Prezident İlham Əliyev: Düşmən də bilir ki...


Düşmən də bilir ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və bu il bu istiqamətdə əlavə addımlar atılacaq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib: "Eyni zamanda, biz keçən il əlbəttə ki, hərbi potensialımıza böyük diqqət göstərmişik və bu sahədə böyük nailiyyətlər var. Bizim ordumuzun döyüş qabiliyyəti artır və Naxçıvan əməliyyatı bunu əyani şəkildə sübut edib. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində biz 11 min hektar torpağa tam nəzarət edirik. Bu, çox uğurlu əməliyyat idi. Eyni zamanda, əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır.

Bu yüksəkliklər Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək üçün bizə imkan yaradır. Yəni, bu hadisə - Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. Sadəcə, danışıqlara ümid olduğu üçün biz danışıqlar yolunu hələ ki, əsas vasitə kimi görürük. Ancaq, eyni zamanda, hərbi gücümüzü də artırırıq. Döyüş qabiliyyətimizlə bağlı keçən il aparılan işlər əlbəttə ki, çox yüksək qiymətə layiqdir".

İlham Əliyev vurğulayıb ki, uğurlu Naxçıvan əməliyyatında fərqlənən hərbçilərə dövlət tərəfindən müvafiq mükafatlar verilib:

"Biz keçən il ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı çox böyük işlər gördük. İki dəfə keçirilən hərbi paradda biz texnikamızın bir hissəsini nümayiş etdirdik. Mən onların arasında əlbəttə ki, xüsusilə uzaqmənzilli “Polonez” və “LORA” raket sistemlərini qeyd etmək istərdim. Qarşı tərəfin bu sistemlərə qarşı heç bir müdafiə imkanı yoxdur. Bu sistemlər 300 kilometr və ondan çox məsafəni qət edərək çox yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvə ilə istənilən hərbi hədəfi məhv edə bilər. Mən bir daha demək istəyirəm, düşmənin elə bir hərbi hədəfi yoxdur ki, biz onu dəqiqliklə məhv edə bilməyək.

Bu sistemlərin əldə edilməsi əlbəttə ki, bizim hərbi gücümüzü daha da artırır. Eyni zamanda, keçən il yeni pilotsuz döyüş uçuş aparatlarının əldə edilməsi bizim hərbi gücümüzü daha da artırır. Əlbəttə ki, son illər ərzində hava hücumuna, raket hücumuna qarşı aldığımız sistemlər müdafiə potensialımızı gücləndirir və digər sistemlər bizim hücum gücümüzü artırır. Bunu hər kəs bilir. Hərbi sahədə baş verən hadisələr heç kim üçün sirr deyil. Qarşı tərəf də - düşmən də bilir və bilməlidir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və bu il bu istiqamətdə əlavə addımlar atılacaqdır".

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Əsas Xəbər / Həyat tərzi Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Əsas Xəbər / Sosial Maskalı şəxs “Bazarstore”a silahlı basqın etdi – Yaralı var Maskalı şəxs “Bazarstore”a silahlı basqın etdi – Yaralı var Kriminal SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR Əsas Xəbər / Sosial İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır Siyasət Pərvin bu dəfə də tənqid edildi - Pərvin bu dəfə də tənqid edildi - "Hər yerin çöldə qaldı" (VİDEO) Şou-biznes / Video Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Hadisə / Video Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Əsas Xəbər / Video / Sosial Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir - Qərargah yaradıldı Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir - Qərargah yaradıldı Sosial SON DƏQİQƏ! 1700-dən çox neftçi təxliyə edilir SON DƏQİQƏ! 1700-dən çox neftçi təxliyə edilir Əsas Xəbər / Hadisə Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Əsas Xəbər / Sosial Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Hadisə Xəzər dənizində vahiməli görüntülər – VİDEO Xəzər dənizində vahiməli görüntülər – VİDEO Hadisə / Video “Hell” və “Bizon” ucuzlaşdı – SƏBƏBİ “Hell” və “Bizon” ucuzlaşdı – SƏBƏBİ Əsas Xəbər / Sosial Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Hadisə Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Hadisə / Video Türkiyədə DƏHŞƏT! Rəqqasəni parçalayıb meşəyə atdılar - VİDEO Türkiyədə DƏHŞƏT! Rəqqasəni parçalayıb meşəyə atdılar - VİDEO Dünya / Video Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ Hadisə "Azəriqaz"dan XƏBƏRDARLIQ - Fevralın 1-dən... Sosial Bakıda masaj salonu adı ilə fahişəxana təşkil edən qadın saxlanıldı Bakıda masaj salonu adı ilə fahişəxana təşkil edən qadın saxlanıldı Hadisə
Son əlavəПоследние публикации
Azərbaycan səmasında qeyri-adi görüntü - VİDEO
20 yanvar 2019

Azərbaycan səmasında qeyri-adi görüntü - VİDEO

69 Həyat tərzi / Video
20 Yanvar faciəsindən 29 il ötür
20 yanvar 2019

20 Yanvar faciəsindən 29 il ötür

49 Əsas Xəbər / Sosial
Günün ulduz falı - 20 yanvar
20 yanvar 2019

Günün ulduz falı - 20 yanvar

137 Həyat tərzi
SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb
19 yanvar 2019

SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb

230 Əsas Xəbər / İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
19 yanvar 2019

Azərbaycan nefti bahalaşıb

216 İqtisadiyyat
Bu da Ağamirzənin özünə qazdırdığı qəbr - VİDEO
19 yanvar 2019

Bu da Ağamirzənin özünə qazdırdığı qəbr - VİDEO

904 Şou-biznes / Video
Nəsiminin Hələbdəki məzarından ÖZƏL FOTOLAR
19 yanvar 2019

Nəsiminin Hələbdəki məzarından ÖZƏL FOTOLAR

429 Həyat tərzi
Samir Bağırovun uşaqlıq FOTOsu
19 yanvar 2019

Samir Bağırovun uşaqlıq FOTOsu

1 106 Şou-biznes