» » Pensiyalar belə artırılacaq – RƏSMİ MƏLUMAT


08-01-2019 | 15:43

  • 1 630

Pensiyalar belə artırılacaq – RƏSMİ MƏLUMAT


Bu ay ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulur .

Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə bildirilib. Verilən məlumata görə, fərdi hesablardakı pensiya kapitalı məbləğləri də indeksləşdirilərək artırılacaq.

Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti addım kimi, bu ay ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması təmin ediləcək.

Belə ki, “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur.

İndeksləşdirmə Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yanvar ayı ərzində təqdim olunacaq rəsmi məlumatda 2018-ci il üzrə ölkəmizdə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsas götürülməklə həyata keçiriləcək.

Pensiyaların 2019-cu ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.

İlkin məlumata əsasən, 2019-cu ilin 1 yanvar tarixinə ölkədə pensiyaçıların sayı 1,3 milyon təşkil edir. İndeksləşdirmə əsasında pensiyalarda artım onlardan təxminən 94 faizinə şamil olunacaq.

Qalan pensiyaçılara isə “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsindəki qruplar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və s. Aiddir. Onların pensiyalarının artımı qanunvericilikdə nəzərdə tutulan başqa mexanizm əsasında həyata keçirilir.

“Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq, bu ay ərzində pensiyalarla birgə, sığortaolunanların fərdi hesablarındakı pensiya kapitallarının da ötən il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə indeksləşdirilərək artırılması gözlənilir.

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Azərbaycanlılarla çeçenlər arasında Azərbaycanlılarla çeçenlər arasında "müharibə"yə səbəb olan VİDEO Hadisə / Video Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO Əsas Xəbər / Hadisə Azərbaycanlı aparıcı qəfil vəfat etdi - FOTO Azərbaycanlı aparıcı qəfil vəfat etdi - FOTO Həyat tərzi Qubada çəkilmiş ŞOK görüntülər: Qeyri-adi varlıqlar evə ayaq açdı - VİDEO Qubada çəkilmiş ŞOK görüntülər: Qeyri-adi varlıqlar evə ayaq açdı - VİDEO Həyat tərzi / Video "Neolit"ə silahlı hücum oldu: 10 nəfər yaralanıb Hadisə / Video Damlanın intim videosu olduğu iddia olunan görüntü ilə bağlı AÇIQLAMA Damlanın intim videosu olduğu iddia olunan görüntü ilə bağlı AÇIQLAMA Şou-biznes Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapıldı - FOTO Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapıldı - FOTO Həyat tərzi Azərbaycanda avtobus qızın üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR (VİDEO) Azərbaycanda avtobus qızın üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR (VİDEO) Hadisə / Video Rəqsanəyə niyyət, Aysuna qismət - VİDEO Rəqsanəyə niyyət, Aysuna qismət - VİDEO Şou-biznes / Video İlqarə Kazımova onunla sevgilidir - EKSKLÜZİV (FOTOLAR) İlqarə Kazımova onunla sevgilidir - EKSKLÜZİV (FOTOLAR) Şou-biznes Faiq Ağayev oxudu, Leyla Əliyeva rəqs etdi (VİDEO) Faiq Ağayev oxudu, Leyla Əliyeva rəqs etdi (VİDEO) Hadisə Qızını erməniyə ərə verən Ağadadaş çeçenlərlə görüşdən qovuldu (VİDEO) Qızını erməniyə ərə verən Ağadadaş çeçenlərlə görüşdən qovuldu (VİDEO) Video / Siyasət İlham Mirzəyevi bu görüntülərə görə biabır etdilər - VİDEO İlham Mirzəyevi bu görüntülərə görə biabır etdilər - VİDEO Şou-biznes / Video Azərbaycanda əməliyyat- Məşhur fahişəxanaya basqın zamanı 51 qadın saxlanıldı Azərbaycanda əməliyyat- Məşhur fahişəxanaya basqın zamanı 51 qadın saxlanıldı Hadisə 100-dən çox çeçenin azərbaycanlılara hücum etdiyi görüntülər (VİDEO) 100-dən çox çeçenin azərbaycanlılara hücum etdiyi görüntülər (VİDEO) Hadisə / Video "Heç kim toyuna 2-3 həftə qalmış səbəbsiz belə addım atmaz" - Elnar Xəlilovun nişanlısından AÇIQLAMA Şou-biznes Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: "9 il sonra qarşılaşdıq" Şou-biznes Həbs olunmuş məşqçinin tələbəsi: Arvadı dedi ki, onu... Həbs olunmuş məşqçinin tələbəsi: Arvadı dedi ki, onu... Həyat tərzi Dayısı oğlunun arvadına tövlədə TƏCAVÜZ ETDİ, sonra... - Azərbaycanda BİABIRÇILIQ Dayısı oğlunun arvadına tövlədə TƏCAVÜZ ETDİ, sonra... - Azərbaycanda BİABIRÇILIQ Kriminal ANS-in prezidenti Vahid Mustafayev: “Yayıma tam hazırıq” ANS-in prezidenti Vahid Mustafayev: “Yayıma tam hazırıq” Sosial
Son əlavəПоследние публикации
Bakının bu ünvanındakı evlər plana düşdü
21 fevral 2019

Bakının bu ünvanındakı evlər plana düşdü

1 332 Əsas Xəbər / Sosial
Bakıda gənc qadın ərini axtarır
21 fevral 2019

Bakıda gənc qadın ərini axtarır

207 Hadisə