SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanın əməkdar artisti, aktyor, "Parni iz Baku" KVN komandasının keçmiş üzvü, "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, rejissor Tahir İmanovun sabah toy mərasimi baş tutacaq.
 
BAKU.WS-in əldə etdiyi məlumata görə, mərasim sabah "JW Marriott Absheron" hotelində keçiriləcək. Toy mərasiminin mətbuata qapalı keçiriləcəyi bildirilir. 
 
Qeyd edək ki, Tahir İmanov 13 dekabr 1974-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycanın xalq artisti, bəstəkar Süleyman Ələsgərovun nəvəsidir. Subaydır, indiyə kimi heç bir nikahı olmayıb.  
 
Ayşən Ayxan 
BAKU.WS