VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 17-ci sürətinin final gecəsi başladı. 

BAKU.WS-in məlumatına görə, “Hind kinosu” adlanan yarışma 3 iştirakçının mübarizəsi ilə davam edir. Bu dəfə iştirakçılar Ranar Musayevi SMS səsverməsinə çıxardılar. 

O hədəfinin kim olduğunu açıqlamasa da, səs yığacağı təqdirdə bir nəfəri şoudan kənarlaşdırmalıdır. Məhz bu gecə Maşın uğrunda final gecəsi başlayacaq. Ranar Musayev şouda qalacağı təqdirdə Səmraya toxunmayacağını, ya Xəyaləni, ya Sərxanı kənarlaşdıracağını bildirib.

79,74 faiz səs toplayan Ranar Musayev şoudan Sərxan Kərəmoğlunu kənarlaşdırdı. Beləliklə maşın onun üçün əldən getdi və Ranar Musayev Xəyalə Quliyeva, Səmra Rəhimli ilə maşın uğrunda final mübarizəsinə başladı.

BAKU.WS