VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Artıq ilin sonuna az qalıb. Təxminən bir həftədən sonra 2018-ci il bizim üçün tarixə çevriləcək. Bəs bu il ölkəmizdə hansı cinayət və hadisələrlə yadda qalıb?

BAKU.WS xəbər verir ki, 2018-ci il bizim üçün hansı cinayətlərlə yadda qalıb?

Bu ilin ilk ayında baş verən cinayət hadisəsi hələ də müzakirə mövzusudur.

Kürəkən cinsi əlaqədə olarkən qaynanasını öldürdü

Bu ilin yanvarında cinsi əlaqə zamanı qaynanasını öldürən Cavad İbrahimovun cinayət işi ən yadda qalan hadisələrdəndir.

Hadisə yanvarın 10-da Yasamal rayonu Qanlı göl ərazisində həyət evində baş verib. Yayılan məlumata görə, qadın kürəkəni ilə qeyri-ənənəvi halda cinsi əlaqədə olarkən onda qıcolma baş verib.


Bu vaxt qadın dişləri ilə kürəkəninin cinsi orqanına dişləyib. Kişi də qaynanasının dişlərindən xilas olmaq üçün onun başına vurub. Məhz zərbənin təsirindən qadın dünyasını dəyişib.

15 ilə yaxındır ki, Ağdaşdan Bakıya gələrək müxtəlif tikinti şirkətlərində fəhləliklə məşğul olub. Ailəsi ilə birgə Yasamalda kirayə yaşayıb. Çox keçməyib ki, qaynanası N da onların yanına köçüb. Onların münasibəti də həmin dövrdən başlayıb.

Kürəkən ilk ifadəsində hadisənin baş vermə səbəblərini gizlədib. O, yalandan məhkəməyə ifadə verib və qaynanasını əxlaqsız təklif etdiyi üçün öldürdüyünü deyib.

Fevral ayında nənənin nəvəsini öldürməsi də böyük səs-küyə səbəb olub.

Nənə nəvəsini qətlə yetirdi

1980-ci il təvəllüdlü, Tovuz rayon sakini Xatirə Mehdiyeva 7 fevral 2018-ci il tarixdə, səhər saat 09:00 radələrində qızı Nübar Babayevanın yeni doğulmuş uşağına yaşadıqları Xırdalan şəhəri, “Kristal Abşeron” yaşayış kompleksi, bina 5A, mənzil 15 ünvanında yerləşən qonaq otağında yemək verib.

Sonra isə, o, divanın qarşısında yerə oturaraq ayaqlarının üstündə uşağı yatırtmaq istəyib. Ancaq uşaq yatmayaraq ağlamaqda davam edib. Nənə nəvəsinin ağlamasından əsəbiləşib və əsəbi halda ayağa qalxıb, özü də bilmədən uşaq ayaqlarının üstündən döşəməyə yıxılıb. Körpə təxminən beş dəqiqə üzü üstdə yerdə uzanmış halda qaldığından ölüb.

Dayı bacısı qızını zorlayıb

Bu ilin əvvəlində Bakı şəhər sakini, azyaşlı Lalə Qafarovaya (ad, soyad şərtidir) qarşı dayısı 1993-cü il təvəllüdlü Babayev Ruslan Rafael oğlu tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edilməsi barədə məlumatlar yayılıb.


Yanvarın 19-da Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.

Bu il Naxçıvanda Azərbaycan Ordusu Ermənistan qüvvələrinin təxribatının qarşısını alarkən itirilmiş böyük bir ərazini ələ keçirib

Azərbaycan ordusu 11 min hektar ərazini və 1 kəndi düşməndən azad etdi

2018-ci ilin mayında düşmənin növbəti təxribatının qarşısının alınması zamanı Naxçıvan Muxtar Respublikası ərazisində aparılan Günnüt əməliyyatı zamanı Əlahiddə Ümumqoşun Ordusu müdafiə zolağının Vəlidağ, Kömürlüdağ istiqamətində Axsal dağı, Qızılqaya dağı, Yağargərdik dağı, Bağırsaq dağı və Həsənqulubağ sahəsində ön xəttin dövlət sərhədi boyu əlverişli mövqeləri ələ keçirib.


Bakıda qatarla avtobus toqquşdu - ölən və yaralananlar var

Bu ilin oktyabr ayında Bakıda 34 nəfərin yaralandığı və 1 nəfərin öldüyü ağır qəza da ölkəmiz üçün unudulmaz hadisə kimi yadda qalacaq.
Qəza Bakının Binə qəsəbəsində baş verib. 160 nömrəli avtobusun yük qatarına çırpılıb. Nəticədə hadisə yerində 1 nəfər 13 yaşlı uşaq ölüb, 34 nəfər yaralanıb.


Bu ilin noyabr ayında yadda qalan hadisələrdən biri də Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva cinayətidir.

Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın cinayət işi


Qeyd edək ki, Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Londonda həbs edilmişdi. O, Londonda 11.5 milyon funt sterlinqə aldığı (15.13 milyon dollar) evinin əlindən alınmasına qarşı mübarizə aparır.


Evin hazırki qiyməti isə 15 milyon funt sterlinq (19.74 milyon dollar) dəyərində qiymətləndirilir.

İngiltərədə media, ictimaiyyətin belə bir işin bütün faktları bilməli olduğunu tələb etdikdən sonra Zamirə Hacıyeva, anonimliyinin qorunması barədə tələbini məhkəmədə uduzub.


Noyabrın 8-də London Ali Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. Məhkəmə Hacıyevanı 500 min funt sterlinq (təxminən 1,2 milyon manat) girov qarşılığında zaminə buraxıb.

Meyxanaçı arvadı ilə cinsi əlaqədə olan əmioğlusuna yubka geyindirdi

İlin son aylarında Şəmkir rayonunda baş verən döyülmə və təhqir olunma hadisəsi ölkədə ajiotaj yaradıb. Əmisi oğlanları tərəfindən döyülərək təhqir rayonun Seyfəli kənd sakini Həsənov Elşad Yusif oğlu əmisi oğlu Həsənov Əli Fərhad oğlunun həyat yoldaşı Ocaqverdiyeva Nurlana Zabit qızı ilə intim münasibətdə olub.

Bu səbəbdən də qardaşlar E.Həsənovu döyərək əynindəki paltarları soyundurub onu videoya çəkiblər və Seyfəli kəndində küçədə düşürüblər.



Qısqanc ər arvadına 40 bıçaq zərbəsi vurdu

Dekabrın 5-də səhər saatlarında Sumqayıt şəhəri 11-ci mikrorayonda baş verib. 1992-ci il təvəllüdlü Ağayeva Aynur Ramiz qızına çoxlu sayda bıçaq zərbələri endirilib.

Patoloqoanatomlar qətlə yetirilmiş gənc qadının bədənində 40-a yaxın bıçaq yarası müəyyən ediblər ki, bunların da əksəriyyəti baş və boğaz hissələrinə endirilib.

İlkin məlumatlara görə, Ağayevanın əri Ağayev Yaqub Şirin oğlu qətldə şübhəli bilinərək saxlanılıb. İstintaqın ilk rəyinə əsasən, ər öz arvadını qısqanclıq zəminində qətlə yetirib. Fakt üzrə Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi açılıb, istintaq işləri davam etdirilir.

Azərbaycanda dəhşətli cinayət - 6 nəfər ruhi xəstəni "cin çıxarma" adı ilə döyüb öldürdü

Noyabr ayının 10-da gecə saatlarında Şabran şəhərindəki kirayədə yaşadığı evdə Bakı şəhər sakini, 25 yaşlı Murad Soltanovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyən edilib.


Araşdırmalarla onların Şabran şəhər sakinləri Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları müəyyənləşdirilib və onlar şübhəli şəxslər qismində saxlanılaraq RPŞ-yə gətiriliblər. İlkin təhqiqat zamanı saxlanılanlar törətdikləri cinayət əməllərini etiraf ediblər.

Həmin şəxslərin evdə M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vuraraq ona ağır bədən xəsarətlər yetirdikləri, məhz bundan sonra sonuncunun kirayədə qaldığı mənzildə dünyasını dəyişdiyi məlum olub.

Araşdırmalarla M.Soltanovun Bakı şəhərində əvvəllər də eyni üsulla guya müalicə aldığı, lakin sonuncu belə “seans” zamanı sağlamlıq durumunun qəfil pisləşdiyi müəyyən edilib.

Mübariz İbrahimovu "qatil" adlandıran psixoloq qız

Günlərdir, özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimov haqqında səsləndirdiyi fikirlər gündəmi zəbt etmişdi.

Həmin qızın məhkəməyə verilməsi barədə də məlumatlar yayılıb.


Daha sonra Nərmin Şahmarzadə Milli Qəhrəmanın ailəsindən üzr istədi. Bununla da məsələnin qızışması səngidi.

“Buta Palace”-ın art direktoru arvadını 5-ci mərtəbədən atdı

Dekabrın 10-da Bakıda dəhşətli cinayət hadisəsi baş verib. BAKU.WS-in eksklüziv məlumatına görə, gecə saat 3 radələrində Nəsimi rayon Polis İdarəsinə 21-ci polis bölməsindən 1988-ci il təvəllüdlü Bakı şəhəri Nəsimi rayonu, 381-ci məhəllə,


Rəşib Behbudov küçəsi, ev 65, mənzil 51 ünvanında qeydiyyatda olmaqla yaşayan Taxveli Adelya Azər qızının naməlum səbəbdən yaşadığı ünvanda 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə düşərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qadının həyat yoldaşı Taxveli Ramiz Pərviz oğlunun avtomaşınına baxış zamanı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.647 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullla hazırlanmış, qurudulmuş marixuana götürülüb.

Qeyd edək ki, oktyabr ayında Türkiyədə öldürülən ərəb jurnalistin cinayət işi Azərbaycanda da böyük müzakirə obyekti olub və ajiotaj yaradıb.

Qeyd edək ki, Camal Haşoqqinin oktyabrın 2-də sənəd almaq üçün İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna daxil olub və bir daha çıxmayıb.

Qərb mənbələri onun cəlladlar tərəfindən işgəncə ilə öldürüldüyünü yazırlar. Bildirilir ki, onu diri-diri doğrayıblar. İlk öncə onun barmaqlarını kəsiblər.

“Washington Post” qəzetinin müxbiri Camal Haşoqqinin qətl əmrini verən şəxsin kimliyi açıqlanıb. İddia olunur ki, Haşoqqinin qətl əmrini Səudiyyə Ərəbistanının vəlihədi Məhəmməd bin Salman verib.

Ziya SƏCCAD
BAKU.WS