BAKU.WS xəbər verir ki, Yenimahalle bölgəsi Marşandiz stansiyasından keçən yüksək sürətli qatar relsdən çıxıb və iki vaqon aşıb. Hadisə zamanı çox sayda sərnişin yaralanıb.
Səhər saatlarında baş verən qəzanın səbəbləri hələlik dəqiq bilinmir. Qəzadan sonra əraziyə çox sayda təcili yardım və xilasedicilər cəlb edilib.