SİZİN REKLAM BURADA!
055 213 76 73



Fransa prezidenti Emmanuel Makron 2019-cu ildə minimum əməkhaqqının 2019-cu ildə aylıq 100 avro artırılacağını açıqlayıb.

BAKU.WS xəbər verir ki, Makronun qəbul etdiyi qərarların ümumi dəyərinin 8-10 milyard avro olduğu açıqlanıb.

Fransa prezidenti nümayişlərlə bağlı da danışıb. O bildirib ki, heç bir qəzəb polisə qarşı şiddətə haqq qazandıra bilməz. Makron yanacaqla bağlı vergilərin artırılmasına görə başlayan aksiyaların daha da dərin olduğunu və problemlərdən xəbərdar olduğunu qeyd edib. Dövlət başçısı ölkədə fövqəladə vəziyyət elan olunduğunu açıqlayıb.


Makron yeni bir Fransa qurmaq istədiyini vurğulayıb. İşəgötürənlər ilin sonunda işçilərinin tələb etdiyi ödənişi həyata keçirə bilmirdi. Makron bu vəziyyətdə işəgötürənlərdən əlavə vergi istəməyəcəyini bildirib.

Yeni qərarlar bu gün Fransa Parlamentinə təqdim ediləcək. Makron 2 min avrodan aşağı pensiya alanlardan vergi tutulmayacağına söz verib. 

Makron, hökumət və parlamentdən vergidən yayınma ilə bağlı çalışacaqlarını söyləyərək ədalətin bu şəkildə bərpa ediləcəyini vurğulayıb.

Qeyd edək ki, Makron bu gün və sabah bankların və böyük şirkətlərin nümayəndələri ilə görüşəcək.

Şahin
BAKU.WS