SİZİN REKLAM BURADA!
055 213 76 73



Son günlər müxtəlif KİV-lərdə “Bal-E” raket sistemlərinin alınmasında Azərbaycanın maraqlı olduğu, lakin Rusiyanın kompleksin Azərbaycana satışını məqsədəuyğun saymaması barədə məlumatlar yayılıb.


Məsələ ilə bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxladıq. Müdafiə Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, yayılan xəbərlərin heç bir əsası yoxdur.


“Rəsmi olaraq bildiririk ki, adı çəkilən “Bal-E” raket sistemlərinin alınması məqsədilə tərəfimizdən danışıqlar aparılmayıb və kompleksin əldə olunması niyyətimiz də olmayıb.


Eyni zamanda onu da qeyd edək ki, Azərbaycanın Xəzər dənizi sektorunda təhlükəsizliyin təmin edilməsi məqsədilə müxtəlif ölkələrin müvafiq qabaqcıl müdafiə sistemlərindən və raket kompleslərindən istifadə edilir”, - deyə rəsmi məlumatda bildirilib.


Ziya SƏCCAD
BAKU.WS