VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov karyerasını başa vurmaq üzrədir.

BAKU.WS-in məlumatına görə, "Mauqli" ləqəbli idmançı bu haqda "Беларусь 5" (Belarus 5) kanalına müsahibəsində deyib.

Jurnalistin "Karyeranızı niyə başa vurursunuz?" sualını Zabit Səmədov belə cavablandırıb:

"Mən bu günə kimi çox döyüşlər keçirmişəm və artıq həyatımda başqa maraqlar yaranıb. Tezliklə Azərbaycanda şəxsi klubumu açacağam. Orada döyüşçülər yetişəcək. Mən isə klubumun meneceri olacağam və başqa işlərlə məşğul olacağam. Bundan sonra bir, uzağı iki görüş keçirib karyerama son qoyacağam".

Hüseyn Məmmədsalahov
BAKU.WS