VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ABŞ-ın keçmiş prezidenti Corc Buş (ata) vəfat edib.


BAKU.WS xəbər verir ki, bu barədə Amerika mətbuatı məlumat yayıb. Onun 94 yaşda öldüyü bildirilir.


Xatırladaq ki, bu ilin əvvəllərində Corc Buşun səhhətində ciddi problemlər yaşanırdı. O, uzun müddət Hyuston xəstəxanasında müalicə alırdı.


Qeyd edək ki, bu ilin aprel ayında Corc Buşun həyat yoldaşı Barbara Buş 93 yaşında vəfat etmişdi.


Corc Buş 1989-1993-cü illərdə ABŞ-ın 41-ci prezidenti olub.


Ziya SƏCCAD
BAKU.WS