» » Bakıda hər kəsi mat qoyan sərgi - FOTO


30-11-2018 | 12:54

  • 9 394

Bakıda hər kəsi mat qoyan sərgi - FOTO


Noyabrın 29-da Heydər Əliyev Mərkəzində “Hiperrealistik heykəltəraşlıq. Canlıdan seçilmir” adlı sərgi açılıb.

Beş bölmədən ibarət sərgidə insanı dəqiq təsvir edən obrazlar, monoxrom heykəllər, bədənin müxtəlif hissələrini əks etdirən əsərlər, qeyri-adi ölçülü və deformasiya olunmuş reallığı canlandıran heykəllər ziyarətçilərin böyük marağına səbəb olub.

Sərginin açılışından öncə Almaniyanın Mədəniyyət Mübadiləsi İnstitutunun icraçı direktoru Maksimilian Letste çıxış edərək layihə haqqında məlumat verib. Bildirib ki, sərgi Heydər Əliyev Mərkəzi ilə Almaniyanın Mədəniyyət Mübadiləsi İnstitutunun birgə layihəsi əsasında reallaşıb.


“Yeni üsul, yeni mövzu və yeni materiallar bugünkü sərginin əsasını təşkil edir. Bu sərgi özündə abstrakt incəsənətin bir növünü əks etdirir. Sərginin ümumi ekspozisiyasına nəzər saldıqda realizmə əsaslanan müasir heykəltəraşlığı görürük. Biz bu sərgini dünyanın bir sıra ölkələrində açmışıq. Yəni, bu əsərlər dünyanın müxtəlif muzeylərində və aparıcı sərgi salonlarında nümayiş etdirilib. Bakı öz müasirliyi və multikultural yanaşması ilə seçilən şəhərdir. Belə bir şəhərdə bu cür sərginin açılması təqdirəlayiqdir. Əslində, bu, incəsənətin cazibəsinin təsvir edilməsidir”, - deyə Maksimilian Letste vurğulayıb.

Diqqətə çatdırılıb ki, “Hiperrealistik heykəltəraşlıq. Canlıdan seçilmir” sərgisi indiyədək İspaniya, Meksika, Danimarka, Avstraliya, Niderland və Almaniyada nümayiş etdirilib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.


Sərginin ekspozisiyasında Amerika Birləşmiş Ştatları, Avstraliya, Kanada, Makedoniya, Fransa və digər ölkələrdən olan sənətkarların canlı təəssürat yaradan əsərləri heyranlıq doğurur.

1960-cı illərdə yaranan hiperrealistik heykəltəraşlıq 1970-ci illərdə inkişaf etməyə başlayıb. Bu sahənin ilklərindən olan Corc Siqal və Dueyn Henson maksimal dərəcədə real, canlı prototipindən fərqlənməyən əsərlər yaradıblar.

Ümumiyyətlə, hiperrealistik heykəltəraşlıq nümunələrini çox asanlıqla canlı adamlarla, real əşyalarla səhv salmaq olar. Müəlliflər insan bədənini – dəri qırışları, saç düzümü və digər xırdalıqları ustalıqla yaradırlar.


Sərgidə dünya şöhrətli heykəltəraşlar - Dueyn Henson (Duane Hanson), Daniel Firman (Daniel Firman), Kerol A.Feyerman (Carole A. Feuerman), Ceymi Salmon (Jamie Salmon), Corc Siqal (George Segal), Kit Edmayer (Keith Edmier), Sem Cinks (Sam Jinks), Mark Sijan (Marc Sijan), Jarko Başeski (Zharko Basheski), Patrisia Piççinini (Patricia Piccinini), Toni Matelli (Tony Matelli), Mel Ramos (Mel Ramos), Matilda ter Heyne (Mathilde ter Heijne), Tom Kübler (Tom Kuebler), Robert Qrem (Robert Graham) və Allen Consun (Allen Jones) əsərləri nümayiş olunur.

Sərgi Heydər Əliyev Mərkəzində 2019-cu il martın 10-dək davam edəcək.

BAKU.WS



Teqlər: Bakı sərgi
Top XəbərlərЛучшее на сайте
Bakıda ŞOK - “Buta Palace”-ın art direktoru arvadını 5-ci mərtəbədən atdı (VİDEO) Bakıda ŞOK - “Buta Palace”-ın art direktoru arvadını 5-ci mərtəbədən atdı (VİDEO) Əsas Xəbər / Kriminal Meyxanaçı arvadı ilə cinsi əlaqədə olan əmioğlusuna yubka geyindirdi və ... +18 VİDEO Meyxanaçı arvadı ilə cinsi əlaqədə olan əmioğlusuna yubka geyindirdi və ... +18 VİDEO Hadisə / Video Zaurdan efirdə BİABIRÇI SƏHV - VİDEO Zaurdan efirdə BİABIRÇI SƏHV - VİDEO Şou-biznes / Video Arvadını 5-ci mərtəbədən atan “Buta Palace”-ın art direktoru hansı məşhurun qohumudur? – VİDEO Arvadını 5-ci mərtəbədən atan “Buta Palace”-ın art direktoru hansı məşhurun qohumudur? – VİDEO Hadisə SON DƏQİQƏ - Bakıda fahişəxanalar işlədən məşhur Haşımova tutuldu SON DƏQİQƏ - Bakıda fahişəxanalar işlədən məşhur Haşımova tutuldu Kriminal 2019-cu ildə sizi nələr gözləyir? – Bürc və illərə görə proqnozlar 2019-cu ildə sizi nələr gözləyir? – Bürc və illərə görə proqnozlar Həyat tərzi Azərbaycanda ŞOK – Qardaşının arvadına sataşan şəxsi soyundurub alçaltdılar – VİDEO Azərbaycanda ŞOK – Qardaşının arvadına sataşan şəxsi soyundurub alçaltdılar – VİDEO Əsas Xəbər / Hadisə / Video Əsgərlikdə olan Heydər Əliyev babasının məzarını ziyarət etdi – VİDEO Əsgərlikdə olan Heydər Əliyev babasının məzarını ziyarət etdi – VİDEO Əsas Xəbər / Video / Siyasət Aktrisa Sevinc Əliyeva: Aktrisa Sevinc Əliyeva: "O, məni ağlamaq situasiyasına çatdırıb" (VİDEO) Şou-biznes / Video “Buta Palace”-ın art direktorunun 5-ci mərtəbədən atdığı arvadının TƏSİRLİ EŞQ ETİRAFI - VİDEO “Buta Palace”-ın art direktorunun 5-ci mərtəbədən atdığı arvadının TƏSİRLİ EŞQ ETİRAFI - VİDEO Hadisə / Video Bakıya gələn ər-arvadın aeroportdan Bakıya gələn ər-arvadın aeroportdan "iPhone" keçirmək üçün ağlagəlməz əməli - VİDEO Hadisə “Zəng vurdum ki, İlham, mənə təcili 900 milyon dollar lazımdır...” “Zəng vurdum ki, İlham, mənə təcili 900 milyon dollar lazımdır...” Əsas Xəbər / Siyasət Şeyx Həmzətin adamları Kadırovu təhqir edən şəxsi belə cəzalandırırlar - VİDEO Şeyx Həmzətin adamları Kadırovu təhqir edən şəxsi belə cəzalandırırlar - VİDEO Dünya / Video Əmisi oğlunun arvadı ilə intim münasibətə görə başına oyun açdılar - ŞOK TƏFƏRRÜAT (VİDEO) Əmisi oğlunun arvadı ilə intim münasibətə görə başına oyun açdılar - ŞOK TƏFƏRRÜAT (VİDEO) Hadisə / Video Azad Rəhimov “Buta Palace”-ın art direktorunu ömürlük həbsə yollatdıra bilər Azad Rəhimov “Buta Palace”-ın art direktorunu ömürlük həbsə yollatdıra bilər Əsas Xəbər / Hadisə Azərbaycanda iyrənc hadisə - Ata 9 yaşlı qızını zorladı Azərbaycanda iyrənc hadisə - Ata 9 yaşlı qızını zorladı Hadisə Şagirdi ilə ailə quran jurnalist Əlibəylini ÖZÜNDƏN ÇIXARDI: Şagirdi ilə ailə quran jurnalist Əlibəylini ÖZÜNDƏN ÇIXARDI: "Bu tipi kim gətirib bura?!" (VİDEO) Şou-biznes / Video İlhamə Qasımova ABŞ-da filmə çəkildi - Çox danışılacaq səhnələr... (VİDEO) İlhamə Qasımova ABŞ-da filmə çəkildi - Çox danışılacaq səhnələr... (VİDEO) Şou-biznes / Video Bakıda toy günü dəhşətli hadisə: gülləni boynundan vurdu və... Bakıda toy günü dəhşətli hadisə: gülləni boynundan vurdu və... Hadisə İmanov “Bu şəhərdə”ni tənqid etdi - “İti satiraları yoxdur” (VİDEO) İmanov “Bu şəhərdə”ni tənqid etdi - “İti satiraları yoxdur” (VİDEO) Şou-biznes / Video
Son əlavəПоследние публикации
Hava XƏBƏRDARLIĞI - tempratur 7° aşağı enəcək, qar yağacaq
16 dekabr 2018

Hava XƏBƏRDARLIĞI - tempratur 7° aşağı enəcək, qar yağacaq

5 189 Əsas Xəbər / Həyat tərzi
Ramil Usubov polis rəisini işdən çıxardı
16 dekabr 2018

Ramil Usubov polis rəisini işdən çıxardı

1 996 Əsas Xəbər / Siyasət
Cəbhədə son vəziyyət
16 dekabr 2018

Cəbhədə son vəziyyət

84 Əsas Xəbər / Qarabağ
16 dekabr 2018

"Maşın"da gözlənilməz nəticə - Anakonda qərar verdi - VİDEO

7 261 Əsas Xəbər / Maşın Şou / Video
Bazar gününün ulduz falı - 16 dekabr
16 dekabr 2018

Bazar gününün ulduz falı - 16 dekabr

1 287 Həyat tərzi
Daha bir iştirakçı
15 dekabr 2018

Daha bir iştirakçı "Maşın"dan getdi - Əlini götürdü - FOTO

1 688 Əsas Xəbər / Maşın Şou