SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanın sabiq müdafiə nazirinin oğlu işdən çıxarılıb.

BAKU.WS-in “Report”a istinadla verdiyi məlumata görə, bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakının Xəzər rayon prokurorunun köməkçisi vəzifəsində çalışan Roman Əbiyev öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, R.Əbiyev Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyevin oğludur.

BAKU.WS