SİZİN REKLAM BURADA!
055 213 76 73



Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda “Washington Post” qəzetinin müxbiri Camal Haşoqqinin qətlə yetirilməsində günahkar bilinənlərlə bağlı müzakirələr başlanılıb.


BAKU.WS “Hürriyet”ə istinadən xəbər verir ki, Səudiyyəli vəkil Haşoqqi cinayətində şübhəli bilinən 11 nəfərdən 5-i üçün edam cəzası istəyib.


Vəkil cinayətlə bağlı şok məqamları açıqlayıb. O, bildirib ki, Camal Haşoqqini məhz bu 5 nəfər qətlə yetirib. Digər 6 nəfər isə qətlin reallaşmasında yardım ediblər.


“Camal Haşoqqiyə öldürücü dozada dərman verilib. Daha sonra onu boğublar. Cəsədi parçalara ayırıblar. Jurnalistin cəsədinin hissələri konsulluqdan çıxarılıb. Bu vəhşiliyi isə 11 nəfərdən ibarət qrup həyata keçirib. Haşoqqiyə ölümqabağı əzab verənlər isə məhz 5 nəfər olub”, - deyə vəkil bildirib.


Vəkil onu da xatırladıb ki, Səudiyyə Ərəbistanı hökuməti Camal Haşoqqinin tutularaq ölkəyə aparılmasını tələb edirdi. Konsulluqda isə buna nail olmadıqda onu öldürmək qərarına gəliblər.



Qeyd edək ki, Camal Haşoqqinin oktyabrın 2-də sənəd almaq üçün İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna daxil olub və bir daha çıxmayıb.


Qərb mənbələri onun cəlladlar tərəfindən işgəncə ilə öldürüldüyünü yazırlar. Bildirilir ki, onu diri-diri doğrayıblar. İlk öncə onun barmaqlarını kəsiblər.


Xatırladaq ki, “Haber7” saytı yazıb ki, Haşoqqini öldürmək üçün Səudiyyə Ərəbistanından Türkiyəyə gələn 15 nəfərlik qrupun üzvü Meşal Saad əl-Bostani paytaxt Ər-Riyada şübhəli avtomobil qəzasında ölüb. Leytenant Meşal Saad əl-Bostani Səudiyyə Ərəbistanın Hərbi-Hava Qüvvələrinin pilotu olub.


Bildirilib ki, 31 yaşlı pilot jurnalistin qətli ilə bağlı sirləri də özü ilə aparıb. O, oktyabrın 2-də özəl təyyarə ilə İstanbula gələnlərdən biri olub. Bostani “Vindham qrand” hoteldə qaldıqdan sonra yerli vaxtla 21:46-da özəl təyyarə ilə Türkiyədən ayrılıb.


Ziya SƏCCAD
BAKU.WS