VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda 25 yaşlı kişi itkin düşüb.


BAKU.WS
-in məlumatına görə, dünən səhər saat 7 radələrində Bakının Səbail rayonu sakini 1990-cı il təvəllüdlü Pərviz Natiq oğlu Əlibəyli evdən çıxıb və bir daha geri dönməyib. Pərviz Əlibəyli evdən çıxarkən üstündə 5 min manat pul da olub.

Pərviz Əlibəylinin dostu Zaur Sultanov BAKU.WS-ə bildirib ki, belə hal birinci dəfədir baş verib.


"Pərviz sakit və ailəcanlı insandır. Heç vaxt xəbərdarlıq etmədən harasa getməz. Babası rəhmətə gedib, bu səbəbdən də, rayona pul yollamalıydı. Elə həmin gün bibisioğlu ilə görüşüb pulu verməliydi. Lakin işə gecikdiyi üçün onunla görüşməyib”, - deyə Zaur Sultanov bildirib.

Pərviz Əlibəyli sonunca dəfə həyat yoldaşı ilə mobil telefon vasitəsilə saat 07:30-da danışıb. Bu zaman Pərviz 20 nömrəli məktəbin yaxınlığında olduğunu bildirib. Pərviz Əlibəylinin həyat yoldaşı Səbinə xanım BAKU.WS-ə bildirib ki, indiyə qədər həyat yoldaşının heç kimlə işi olmayıb. O, ərinin yoxa çıxmasını üstündə pul olması ilə əlaqəli olduğunu düşünür.

"Ola bilər ki. kimsə bilib ki, Pərvizin üstüdə çoxlu pul var. Evdən çıxarkən əynində ağ köynək, qara şalvar və qara kurtka olub”, - deyə Səbinə xanım bildirib.

Qeyd edək ki, Pərviz Əlibəyli bank olmayan kredit təşkilatlarından birində çalışır. Üzərində 2 telefon olur. Biri şəxsi, digəri isə iş telefonu. Pərviz Əlibəyli 2 ildir ailəlidir. 8 aylıq qızı var. Onun itkin düşməsilə bağlı ailəsi Səbail rayonu 41-ci polis bölməsinə müraciət ediblər.

Bölmədən BAKU.WS-ə verilən məlumata görə, Pərviz Əlibəylinin itkin düşməsilə bağlı müraciət daxil olub. Hazırda onun axtarışı ilə bağlı iş aparılır.

Pərviz Əlibəylini görənlərdən 0517165545 və 050 330 3598 saylı telefonlara zəng edərək xəbər vermələri xahiş olunur.

Ziya Səccad
BAKU.WS