» » Prezident İlham Əliyev və ailəsi ən böyük supermarketin açılışında - VİDEO/FOTO


07-11-2018 | 19:02

  • 11 915

Prezident İlham Əliyev və ailəsi ən böyük supermarketin açılışında - VİDEO/FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 7-də “Bravo” marketlər şəbəkəsinin metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən yeni hipermarketinin açılışında iştirak ediblər.

BAKU.WS-in məlumatına görə, hipermarketdə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verilib. Qeyd edilib ki, “Bravo” Azərbaycanın ən böyük hipermarket şəbəkəsidir. 



İnşasına ötən ilin mayında başlanılan bu ticarət obyektinin ümumi sahəsi 7 hektardan, ticarət sahəsi isə 8 min kvadratmetrdən artıqdır. Hipermarketin qapalı və açıq avtodayanacağının sahəsi 11 min kvadratmetrdən çoxdur. Bu dayanacaqlarda eyni vaxtda 800-ə yaxın avtomobil saxlanıla bilər. Zövq oxşayan müasir tərtibatlı hipermarketdə bazarlıq üçün hərtərəfli imkanlar var. Müştərilərə ən geniş çeşiddə müxtəlif növ məhsullar təqdim edilir. Yeni hipermarketdə alıcılara, həmçinin “Bravo” özəl ticarət markasına məxsus ərzaqlar, müxtəlif çeşiddə keyfiyyətli qeyri-qida məhsulları da təklif olunur.

Məlumat verilib ki, “Bravo” şəbəkəsinə məxsus market və hipermarketlərdəki ərzaq məhsullarının 90 faizindən çoxu yerli məhsullardır. Dövlətimizin başçısı bununla bağlı məmnunluğunu bildirdi və təbriklərini çatdırdı. Bu fakt ölkə iqtisadiyyatının digər sahələri ilə yanaşı, yerli ərzaq sənayesi sektorunun da sürətlə inkişaf etdiyini bir daha göstərir.

Burada “Bravo kafe”, uşaqlar üçün xüsusi zona, “Kapital Bank”, “McDonalds”, “Buta aptek” də fəaliyyət göstərəcək. Yeni iş yerlərinin açılması baxımından da “Bravo” hipermarketi əhəmiyyəti ilə seçilir. Belə ki, burada 335 nəfər işlə təmin olunub. Onların orta aylıq əməkhaqqı 540 manata yaxındır. Yeni istifadəyə verilən “Bravo” hipermarketi də şəbəkəyə aid digər yerlərdə olduğu kimi, peşəkar komandası ilə seçilir. Bir sözlə, mükəmməl xidmət üçün təlimli və təcrübəli işçi heyətin fəaliyyət göstərməsi burada müştərilərə nümunəvi xidmət etməyə imkan yaradacaq.

Ümumilikdə, indiyədək Bakı və Gəncə şəhərlərində “Bravo” şəbəkəsinə məxsus 27 mağaza, o cümlədən 3 hipermarket alıcıların ixtiyarına verilib. “Bravo” şəbəkəsinin əsas məqsədlərindən biri beynəlxalq standartlar səviyyəsində fəaliyyət göstərməklə yanaşı, yüksək keyfiyyətli innovativ məhsullar təklif etməkdir. Şəbəkənin bütün mağazaları müasir dizaynı ilə seçilir. “Bravo” şəbəkəsinə məxsus market və hipermarketlər daim yenilənən zəngin çeşid, qida təhlükəsizliyinə və gigiyenaya zəmanəti ilə də fərqlənir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sürətli iqtisadi inkişafa nail olunub və bu proses uğurla davam edir. Sürətli inkişaf Azərbaycanın hər yerində bütün sahələrdə, o cümlədən ən müasir ticarət infrastrukturunun yaradılmasında da özünü aydın göstərir. Təsadüfi deyil ki, ölkə iqtisadiyyatında qazanılan uğurlarda ticarət sahəsinin də ilbəil inkişafı və genişlənməsi vacib rol oynayır. Son illərdə ölkəmizdə ən müasir dünya standartlarına cavab verən ticarət, alış-veriş mərkəzləri istifadəyə verilib. 

Bu baxımdan “Bravo” hipermarketinin öz yeri var. Bu cür ticarət mərkəzlərinin yaradılması vətəndaşların, o cümlədən ölkəmizə gələn və sayı durmadan artan turistlərin rahatlığını təmin edir. Bununla yanaşı, bu müasir ticarət infrastrukturunun istifadəyə verilməsi paytaxtımızın iqtisadi potensialını nümayiş etdirərək, ümumilikdə, Azərbaycanın iqtisadi inkişafına xidmət edir. Böyük zövqlə inşa olunan bu hipermarket, eyni zamanda, yerləşdiyi ərazinin gözəlliyini artırmaqla, son dövrlərdə Bakının dünyanın ən müasir şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən işlərin davamlı olduğunu nümayiş etdirir. Bu layihənin icrası həm də dövlət-özəl biznes tərəfdaşlığının əyani nümunəsi olmaqla, ölkəmizdə iş adamları üçün yaradılan şəraiti və əlverişli investisiya mühitini, həmçinin son illərdə yeni iş yerlərinin açılması sahəsində həyata keçirilən tədbirlərin miqyasını göstərir.

Sonda xatirə şəkli çəkdirildi.

BAKU.WS













Top XəbərlərЛучшее на сайте
Azərbaycanda Azərbaycanda "cin çıxarma” zamanı ölən gəncin dəhşətli VİDEOsu Hadisə / Video İşləyənlərə şad xəbər - gəlir vergisi ləğv olunur İşləyənlərə şad xəbər - gəlir vergisi ləğv olunur İqtisadiyyat Tural Yusifov: “Yol polisi sürücüləri jalüzə görə cərimə edə bilməz” Tural Yusifov: “Yol polisi sürücüləri jalüzə görə cərimə edə bilməz” Əsas Xəbər / Sosial "Pariksiz ilk fotom"- Emini görənlər tanımadı (FOTO) Şou-biznes Abel Məhərrəmovun işdən çıxarılmasının əsl səbəbi - ŞOK İDDİA Abel Məhərrəmovun işdən çıxarılmasının əsl səbəbi - ŞOK İDDİA Əsas Xəbər / Siyasət Abel Məhərrəmovun içkili olduğu iddia edilən son çıxışı - VİDEO Abel Məhərrəmovun içkili olduğu iddia edilən son çıxışı - VİDEO Video / Siyasət Vaqif Əsədovdan jalüzlərlə bağlı VACİB AÇIQLAMA Vaqif Əsədovdan jalüzlərlə bağlı VACİB AÇIQLAMA Əsas Xəbər / Sosial “Qayınatam mənə dedi ki, gəl, səni saxlayım” – Azərbaycanda inanılmaz hadisə (FOTOLAR) “Qayınatam mənə dedi ki, gəl, səni saxlayım” – Azərbaycanda inanılmaz hadisə (FOTOLAR) Hadisə Fazil Məmmədovun müalicədən sonra ilk görüntüsü - FOTO Fazil Məmmədovun müalicədən sonra ilk görüntüsü - FOTO Əsas Xəbər / Sosial Hüseynbala Mirələmov: Hüseynbala Mirələmov: "Axı sən kimsən ki, içib Şeyxi dolayırsan?.." Siyasət Prezident Abel Məhərrəmovu işdən çıxardı - RƏSMİ Prezident Abel Məhərrəmovu işdən çıxardı - RƏSMİ Əsas Xəbər / Siyasət “HELL” haqqında indiyədək heç kimin bilmədiyi faktlar - FOTO “HELL” haqqında indiyədək heç kimin bilmədiyi faktlar - FOTO Həyat tərzi Xatirənin dərin sinə dekoltesi Zaurun ağlını başından aldı -VİDEO Xatirənin dərin sinə dekoltesi Zaurun ağlını başından aldı -VİDEO Şou-biznes / Video Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri - SİYAHI Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri - SİYAHI Həyat tərzi Mirkamil qızını öldürmək istəyib (FOTO) Mirkamil qızını öldürmək istəyib (FOTO) Şou-biznes İlham Əliyev yeni Bakı merini təsdiqlədi – SƏRƏNCAM İlham Əliyev yeni Bakı merini təsdiqlədi – SƏRƏNCAM Əsas Xəbər / Siyasət Rəqsanədən əkizləri ilə bağlı pis xəbər (VİDEO) Rəqsanədən əkizləri ilə bağlı pis xəbər (VİDEO) Şou-biznes / Video Bakı şəhərinin yeni icra başçısı Eldar Əzizov kimdir? - DOSYE Bakı şəhərinin yeni icra başçısı Eldar Əzizov kimdir? - DOSYE Əsas Xəbər / Siyasət İlham Əliyevdən Əli Həsənovla bağlı SƏRƏNCAM İlham Əliyevdən Əli Həsənovla bağlı SƏRƏNCAM Siyasət Bakının məşhur bazarı sökülür: yerində bina tikiləcək (FOTO) Bakının məşhur bazarı sökülür: yerində bina tikiləcək (FOTO) Əsas Xəbər / Sosial
Son əlavəПоследние публикации
Benzin və dizellə bağlı rəsmi məlumat
18 noyabr 2018

Benzin və dizellə bağlı rəsmi məlumat

61 İqtisadiyyat
Şahmatçı Rauf Məmmədov evləndi (FOTO)
18 noyabr 2018

Şahmatçı Rauf Məmmədov evləndi (FOTO)

75 Həyat tərzi
Cəbhədə son vəziyyət
18 noyabr 2018

Cəbhədə son vəziyyət

29 Qarabağ
Afaq Gəncəlidən ürək dağlayan SÖZLƏR - VİDEO
18 noyabr 2018

Afaq Gəncəlidən ürək dağlayan SÖZLƏR - VİDEO

122 Şou-biznes / Video
Azərbaycandan ABŞ-a qəti etiraz
18 noyabr 2018

Azərbaycandan ABŞ-a qəti etiraz

163 Əsas Xəbər / Siyasət
Bazar gününün ulduz falı - 18 noyabr
18 noyabr 2018

Bazar gününün ulduz falı - 18 noyabr

774 Həyat tərzi
Fazil Məmmədovun müalicədən sonra ilk görüntüsü - FOTO
17 noyabr 2018

Fazil Məmmədovun müalicədən sonra ilk görüntüsü - FOTO

14 171 Əsas Xəbər / Sosial
Əhalinin gəlirləri 9% artıb
17 noyabr 2018

Əhalinin gəlirləri 9% artıb

246 İqtisadiyyat