SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bərdə, Ağdam, Tərtər, Ağcabədi rayonlarının internetlə təchizatında problemlər yaranıb.
  
BAKU.WS xəbər verir ki, APA-nın Qarabağ bürosunun məlumatına görə, bu gün saat 09:00-dan sonra adıçəkilən rayonların sakinləri internetdən istifadə edə bilmirlər.
  
Qeyd edək ki, bu rayonları internetlə "Delta Telekom” şirkəti təmin edir.
 
Sakinlərə bildirilib ki, problem paytaxtdan internetin ötürülməməsi bağlıdır.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi, nazirin müşaviri Müşfiq Əmirov "APA-Economics”ə bu məlumatı təsdiqləyib. Onun sözlərinə görə, bu rayonlara internetin bərpası istiqamətində iş gedir. "Eyni zamanda, problemin hansı səbəbdən qaynaqlandığı araşdırılır. 1-1,5 saata problem həllini tapacaq, bu rayonlara internetin verilməsi bərpa olunacaq”, - deyə M.Əmirov vurğulayıb.  

BAKU.WS