SİZİN REKLAM BURADA!
055 213 76 73



Nazirlər Kabinetinin iki şöbə müdirinin işdən çıxarılması ilə bağlı qərar verilib.

BAKU.WS xəbər verir ki, baş nazir Novruz Məmmədovun verdiyi qərara əsasən, Günəş Vəliyeva Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilib və onun dövlət qulluğuna xitam verilib.

Bununla yanaşı, Novruz Məmmədovun digər bir qərarı ilə Nizami Bayramov Nazirlər Kabinetinin İşlər İdarəsinin Nəqliyyat xidməti şöbəsinin müdiri vəzifəsindən azad edilib və dövlət qulluğuna xitam verilib.

Abbas
BAKU.WS