VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Son günlər ölkə telekanallarında yayımlanan verilişlər sərt tənqid olunur.

BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə kanallarda yayımlanan ucuz şou və mənasız süjetlərin efirdə yayımlanması pislənilir.

Sərt tənqidlərdən biri də ötən gün əməkdar artist Mehriban Xanlarovanın aparısı olduğu "Canım sizə desin" şousuna yönəlib. Vətəndaşlar verilişin qonağı özünə "Azəri Vandam" ləqəbi qoyub klounluq edən gənci ələ salıblar. Verilişin qonağı ilə yanaşı aparıcısı da tənqid mərkəzində olub.

Bəs rəsmi qurumlar nə düşünür? Məsələyə münasibət öyrənmək üçün Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə əlaqə saxladıq.

MTRŞ-nın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov BAKU.WS-ə açıqlamasında bildirdi ki, bütün kanallarda vəziyyət xoş deyil.

“Kanal yayımçıları çalışırlar ki, teleradio sahəsində təcrübəsi oldu-olmadı populyar və müəyyən qalmaqal yarada biləcək insanları efira çıxartsınlar.

Bütün kanallarda vəziyyət belədir. Dünən efirə gedən “Canım sizə desin" şousuna da baxdım. Orada şou və reytinq xətrinə müəyyən hərəkətlər edirlər. Orada ciddi qayda pozuntusu yoxdur. Ola bilər ki, aparıcı bir az sərbəst hərəkətlər edib”, - deyə Təvəkkül Dadaşov bildirib.

MTRŞ rəmisi deyir ki, ümumiyyətlə Azərbaycanda telekanallardakı vəziyyətlə bağlı narazılıqlar var. Təvəkkül Dadaşov onu da əlavə edib ki, narazılıqlar və ümumi problemlərlə bağlı MTRŞ-da ciddi müzakirə keçiriləcək.

“Teleradio yayım sahəsində ümumi vəziyyət bu yaxınlarda müzakirələrə çıxarılacaq. Onsuz da daxili səviyyədə mütəmadi olaraq müzakirələr aparılır. Lakin bu həftə, yaxud gələn həftə ciddi şəkildə müzakirələr aparılacaq. Müzakirələrə kanal rəhbərləri, yaxud təmsilçiləri dəvət olunacaq.

Əslində ad çəkmək istəmirəm. Çünki yayımçıların hərəsinin özünəməxsus problemləri var. Ona görə də, kanalları fərqləndirmək istəmirəm”.

Ziya SƏCCAD
BAKU.WS