» » DİN-dən əhaliyə məktəblərdə uşaq oğurluğu ilə bağlı MÜRACİƏT


11-10-2018 | 17:32

  • 65 660

DİN-dən əhaliyə məktəblərdə uşaq oğurluğu ilə bağlı MÜRACİƏT

Son günlər sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində uşaq oğurluğu ilə bağlı məlumatlar yayılır.


BAKU.WS xəbər verir ki, yayılan məlumatlarda bir neçə nəfərin məktəblərdə uşaq oğurluğu ilə məşğul olması barədə bildirilir.


Valideynlərə xəbərdarlıq edilir ki, milliyətcə rus olan qadın və kişi məktəb yaxınlığında gəzişirlər. Onlar uşaqları oğurlayır və onların orqanları çıxarıb satırlar.

Bu tipli məlumatlar KİV-lə yanaşı “Facebook”, İnstagram” kimi məşhur sosial şəbəkələrdə və “WhatsApp” messencerində yayılıb.


Ötən gün də oxşar xəbərlər yayılmışdı. Bildirilirdi ki, Bakının Hövsan qəsəbəsində və respublikanın şimal bölgəsində məktəbli uşaqların qaçırılıb. İddia olunurdu ki, guya uşaqlar “orqan mafiyası”nın üzvləri tərəfindən oğurlanıb.



Məsələyə münasibət bildirmək üçün Daxili İşlər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, hazırda ölkədə uşaq oğurluğu ilə bağlı heç bir cinayət qeydə alınmayıb.


Onun sözlərinə görə, sosial şəbəkələrdə və bir sıra xəbər saytlarında yayılan belə məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks etdirmir.


“Bu cür məlumatlar şayiə və dezinformasiyadan başqa bir şey deyil. Uşaq oğurluqları ilə bağlı polis orqanlarına hər hansı məlumat və müraciət daxil olmayıb. Respublikanın heç bir yerində belə fakt qeydə alınmayıb”, - deyə Orxan Mansurzadə bildirib.


DİN rəsmisi bir daha vətəndaşlara müraciət edərək bildirib ki, əgər hansısa qanun pozuntusu və cinayətlə rastlaşan olsa, mütləq bununla bağlı polisə müraciət etsin.


“Biz dəfələrlə qeyd etmişik, ictimaiyyətə bildirmişik ki, vətəndaşlar qarşılaşdıqları, üzləşdikləri istənilən hüquq pozuntuları, cinayət xarakterli hadisələrlə bağlı Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzi” Xidmətinə məlumat versinlər. Qarşılaşdıqları problemlərlə bağlı aidiyyəti üzrə polis orqanlarına müraciət etsinlər”.


Orxan Mansurzadə onu da vurğulayıb ki, əhali arasında əsassız olaraq çaşqınlıq, qorxu abu-havası yaradanlar məsuliyyət daşıyırlar:


“Təxribat xarakterli belə məlumatların bilərəkdən, müvafiq dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparılmadan yayılması yolverilməzdir. Kütləvi informasiya azadlığından bu formada sui-istifadə müəyyən hüquqi məsuliyyət də doğurur”.


Ziya SƏCCAD
BAKU.WS
Top XəbərlərЛучшее на сайте
DİM-ə və Təhsil Nazirliyinə ağır İTTİHAM: Niyə şagirdlərin taleyi ilə oynanılır? DİM-ə və Təhsil Nazirliyinə ağır İTTİHAM: Niyə şagirdlərin taleyi ilə oynanılır? Təhsil Almaniyadan 170 minlik avtomobil qaçıran azərbaycanlı gəncdən ağlasığmaz addım (VİDEO) Almaniyadan 170 minlik avtomobil qaçıran azərbaycanlı gəncdən ağlasığmaz addım (VİDEO) Əsas Xəbər / Hadisə / Video Uşaq oğurluğunda ittiham olunan qadın DANIŞDI (VİDEO) Uşaq oğurluğunda ittiham olunan qadın DANIŞDI (VİDEO) Hadisə / Video Bakının mərkəzində yol sürüşdü - 3 metrlik yarğan yarandı (VİDEO) - YENİLƏNİB Bakının mərkəzində yol sürüşdü - 3 metrlik yarğan yarandı (VİDEO) - YENİLƏNİB Əsas Xəbər / Video Sərxoş məmur oğlu toyda azərbaycanlı rəqqasəni alçaltdı - VİDEO Sərxoş məmur oğlu toyda azərbaycanlı rəqqasəni alçaltdı - VİDEO Şou-biznes / Video Bu maşını görənlər polisə xəbər versin! (FOTO) Bu maşını görənlər polisə xəbər versin! (FOTO) Hadisə Cinsi əlaqə üçün evə çağırdığı oğlanın başına oyun açan qadın: “Heys-beys” etdilər - VİDEO Cinsi əlaqə üçün evə çağırdığı oğlanın başına oyun açan qadın: “Heys-beys” etdilər - VİDEO Hadisə / Video Konsulluqda doğranan jurnalistin cəsədinin parçaları tapıldı - DƏHŞƏTLİ FOTOLAR Konsulluqda doğranan jurnalistin cəsədinin parçaları tapıldı - DƏHŞƏTLİ FOTOLAR Dünya Sürücülərin nəzərinə - Cərimələnməmək üçün bu xəbəri mütləq oxuyun – VİDEO Sürücülərin nəzərinə - Cərimələnməmək üçün bu xəbəri mütləq oxuyun – VİDEO Video / Sosial “Xırdalan şəhəri batır” - Təhlükə XƏBƏRDARLIĞI “Xırdalan şəhəri batır” - Təhlükə XƏBƏRDARLIĞI Sosial "Tüklərim biz-biz oldu" - Tarixə düşən Nigar Jamalla VİDEOMÜSAHİBƏ Şou-biznes / Video Azərbaycan efirində tamaşaçıları hiddətləndirən bıabırçı şpaqat və təpik şousu - VİDEO Azərbaycan efirində tamaşaçıları hiddətləndirən bıabırçı şpaqat və təpik şousu - VİDEO Şou-biznes / Video Rəşid Mahmudovdan üzücü xəbər gəldi Rəşid Mahmudovdan üzücü xəbər gəldi Hadisə Əmisinin gəlinini qaçıran evli kişiyə belə işgəncə verdilər - VİDEO Əmisinin gəlinini qaçıran evli kişiyə belə işgəncə verdilər - VİDEO Hadisə / Video Bakıda qaçırılan avtomobil tapıldı - oğruların inanılmaz üsulu (FOTO) Bakıda qaçırılan avtomobil tapıldı - oğruların inanılmaz üsulu (FOTO) Hadisə Azərbaycanın varlı xanımları – Onları siz də tanıyın! Azərbaycanın varlı xanımları – Onları siz də tanıyın! Həyat tərzi Rüfət Aslanlının 200 min dollarlıq qol saatı, 150 minlik maşını - FOTO Rüfət Aslanlının 200 min dollarlıq qol saatı, 150 minlik maşını - FOTO İqtisadiyyat Sürücülük vəsiqəsilə bağlı xoş xəbər – VİDEO Sürücülük vəsiqəsilə bağlı xoş xəbər – VİDEO Sosial Təqaüdçülərə ŞAD XƏBƏR – Pensiyaların orta aylıq məbləği artıb Təqaüdçülərə ŞAD XƏBƏR – Pensiyaların orta aylıq məbləği artıb İqtisadiyyat Səudiyyəli jurnalistin ölümü ilə bağlı dəhşət: Əvvəlcə barmaqlarını kəsib, doğrayıblar – VİDEO Səudiyyəli jurnalistin ölümü ilə bağlı dəhşət: Əvvəlcə barmaqlarını kəsib, doğrayıblar – VİDEO Hadisə / Video
Son əlavəПоследние публикации
Ramil Usubovdan yeni təyinat
19 oktaybr 2018

Ramil Usubovdan yeni təyinat

777 Siyasət
Sürücülərin nəzərinə! Vaxt 2 dəfə artırıldı
19 oktaybr 2018

Sürücülərin nəzərinə! Vaxt 2 dəfə artırıldı

1 664 Əsas Xəbər / Sosial