VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Reytinqləri alt-üst edən “Maşın” realiti şousu yenidən start götürəcək.

BAKU.WS-in məlumatına görə, “M Group Production” şirkətinin istehsalı olan layihə dekabr ayında başlayacaq.

Prodakşnın baş prodüseri Toğrul Məmmədov BAKU.WS-ə verdiyi açıqlamasında bildirib ki, budəfəki sürətdə tamaşaçıları bir çox yeniliklər gözləyir.

T. Məmmədovun sözlərinə görə, yarışmanın qaydalarında bəzi dəyişikliklər olunub. Bundan əlavə, şounun tarixində ilk dəfə olaraq tamaşaçıların mobil əlavə vasitəsi ilə həm ödənişli, həm də ödənişsiz şəkildə səs vermələri mümkün olacaq.

Xalq artisti Murad Dadaşovun aparıcılığı ilə davam edən şou ATV kanalında yayımlanacaq.

Hüseyn Məmmədsalahov
BAKU.WS