VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Qardaşlıq yaxşı gündə də pis gündə də birlikdə olmaqdır. Türkiyənin güclü olması bizim də güclü olmağımız deməkdir".
 
BAKU.WS məlumat verir ki, bunu Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva jurnalistlərə açıqlamasında deyib. Türk Ocaqlarının dəvəti ilə Türkiyəyə səfər edən millət vəkili, Sinop bələdiyyə sədri Baki Ergüllə görüşüb. Paşayeva daha sonra bir oteldə jurnalistlərə açıqlama verib:

"Bir-birimizi daha da güclədirməliyik ki, bu bölgədə lazım olan haqlarımızı qoruya bilək. Bu güc birliyi çox vacibdir . Azərbaycan və Türkiyə bir millət iki dövlətdir. Aramızdakı bu qardaşlıq əlaqələri eyni zamanda digər coğrafiyalarda yaşayan insanlarımız üçün də çox əhəmiyyətlidir".
 
Millət vəkili Türkiyə və Rusiya münasibətlərinə toxunaraq Rusiyanın addımını pisləyib: "Vəziyyəti bu qədər gərginləşdirməyə ehtiyac yoxdur. Yəni, Türkiyəni də anlamaq lazımdır. Onlar öz sərhədlərinin pozulmasına qarşı cavab verdi. Dünyada hər bir dövlətin sərhədlərini qoruma haqqı var. Bu vəziyyət beynəlxalq qaydalara uyğun bir vəziyyətdir. Rusiyanın artıq bu gərginliyi daha da alovlandırması düzgün deyil. Rusiyada bəzi siyasətçilərin bu mövzunu çox şişirdərək, səhv yola çəkərək Türkiyə və türk milləti əleyhinə dedikləri ifadələr, bu mövzuya Dağlıq Qarabağı da içinə alaraq deyilənlər doğru düşüncələr deyil",- deyə Qənirə Paşayeva bildirib.
 
Ayşən Ayxan
BAKU.WS