SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən il əsaslı təmir olunaraq istismara verilən Şəmkir - Yeni Göyçə - Dağ Cəyir avtomobil yolunda problemlər yaranıb.


Bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat verilib. Bildirilib ki, yolda çatlar əmələ gəlib. Sonradan həmin çatlar doldurulub. Lakin hələ də avtomobillərin hərəkəti üçün çətinliklər yaranıb.


Məsələ ilə əlaqədar AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli BAKU.WS-ə açıqlamasında bildirdi ki, həmin yolda müəyyən hissələrdə problemlər yaranmışdı.


“Hazırda yolun dağılmasının səbəbləri araşdırılır. Ümumilikdə həmin yolda heç bir problem yox idi. Yol boyu heç bir problem yoxdur. Yalnız 3 kənd ərazisindən keçən hissədə problemlər yaranıb. Araşdırmalar aparılır. Yolun dağılma səbəbləri araşdırılrı”, - deyə Anar Nəcəfli bildirib.


Qeyd edək ki, bu yolun tikintisinə Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən başlanılıb. Yol 5 min nəfər əhalinin yaşadığı 7 kəndi birləşdirir. Avtomobil yolu texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə inşa edilib. Ümumi uzunluğu 31 kilometr olan yol 4-cü texniki dərəcəyə aiddir. Yol iki hərəkət zolaqlıdır. Hərəkət hissəsinin eni 7 metrdir.


Bildirildi ki, layihə çərçivəsində 482,2 min kubmetr torpaq işləri görülüb, yol əsasının və çiyinlərin tikintisinə 112 min kubmetr çınqıl, qum-qırmadaş qarışığı və 55 min ton asfalt-beton qarışığı sərf edilib.


İnşaat işləri zamanı müxtəlif diametrli 30 suötürücü boru tikilib, yol təhlükəsizlik dirəkləri, yol nişanı və göstərici lövhələr quraşdırılıb. Yol cizgi xətləri çəkilib.


Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun istifadəyə verilməsi ümumilikdə rayonun sosial-iqtisadi inkişafına müsbət təsir edəcək, yük və sərnişin daşınmasının yaxşılaşmasına imkan yaradıb. Yol ötən il istismara verilib.


BAKU.WS