VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ötən gün axşam saatlarında Bakıda dəhşətli yanğın hadisəsi baş verib.
 
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, yanğın hadisəsi Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib.
 
Mənzilin 1 otağında 1 ədəd yataq dəsti və plastik pəncərə çərçivəsi 0,5 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 2 nəfər xilas edilib, 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın saat 19:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
BAKU.WS