SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakıda səhər saatlarında güclü yağış yağıb. 

BAKU.WS xəbər verir ki, leysan yağış nəticəsində paytaxt yolları su ilə dolub. 

Vəziyyət o həddə çatıb ki, sürücülər yollarda çətinlik çəkib. Rəşid Behbudov küçəsində yaranan mənzərə görənləri heyrətə gətirir. Yağış suları hasarın aşmasına səbəb olub. Nəticədə maşın daşların altında qalıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlamışdı. Məlumatda qeyd edilirdi ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə leysan xarekterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə leysan xarekterli olacağı ehtimalı var.

BAKU.WS