SİZİN REKLAM BURADA!
055 213 76 73



"Hüseyniyyə” məscidinin bağlanması barədə məlumat həqiqəti əks etdirmir.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Nardarandakı ibadət evlərinin fəaliyyyətinə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları tərəfindən heç bir müdaxilə edilməyib.

"Dini icması Dövlət Komitəsində qeydiyyatdan keçməmiş "Hüseyniyyə” məscidinin bağlanması barədə məlumata gəlincə, bildiririk ki, ümumiyyətlə, Nardarandakı ibadət evlərinin fəaliyyyətinə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları tərəfindən heç bir müdaxilə edilməyib”, - deyə Dövlət Komitəsindən bildirilib.
 
Komitədən həmçinn bildirilib ki, din xadimi kimi təqdim olunan Nuhbala Rəhimov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçmiş hər hansı bir dini icmanın rəhbəri deyil. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsindən Dövlət Komitəsinə verilən məlumata əsasən, N. Rəhimovun din xadimi kimi də rəsmi təyinatı yoxdur.

 

Ziya Səccad
BAKU.WS