SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Aparat rəhbərliyinə yeni təyinat olub.

BAKU.WS
“report”a istinadən xəbər verir ki, bu barədə şəhər icra hakimiyyəti başçısının müavini Eldar Əzizov əmr imzalayıb.

Yeni əmrə əsasən bu vəzifəyə Elgün Həbibullayev təyin olunub. E.Həbibullayev əvvəllər Sumqayıt Şəhər İcra Hakmiyyəti başçısının müavini olub.

Qeyd edək ki, bundan əvvəl Aparat rəhbəri Rаsim Vаqif оğlu Quliyеv olub.

E.Əzizovun digər əmri ilə BŞİH-in Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin rəhbəri İsmayılov Vahid Cabbar oğlu vəzifəsindən azad edilib. V.Quliyev həmin departamentin rəhbəri təyin olunub.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə BŞİH başçısının müavini vəzifəsinə Eldar Əzizov təyin olunub. Hazırda E.Əzizov BŞİH başçısı səlahiyyətlərini icra edir.

BAKU.WS