SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Lizinq üçün xaricdən alınıb gətirilən məhsullar, xüsusilə də avtomobillər əlavə dəyər vergisindən azad olundu. Mütəxəssislər bildirir ki, bu addımın atılması lizinqlə satılan yeni avtomobillərin ucuzlaşmasına səbəb olacaq.

Azərbaycana lizinq məqsədi ilə gətirilən yeni avtomobillər ucuzlaşacaq. Çünki, xaricdən gətirilən lizinq məhsulları əlavə dəyər vergisindən azad olunub. Bu isə o deməkdir ki, əgər lizinq məqsədilə ölkəyə 10000 manata gətirilən avtomobil üçün 1800 manat əlavə pul ödənməli idisə artıq həmin vəsait ciblərində qalacaq.

Nəzərə alsaq ki, lizinq məhsulları sırasına daha çox dəzgahlar, avtomobillər,  xüsusi təyinatlı texnikalar, avadanlıqlar daxildir.Bu o deməkdir ki, yeni qərarın tətbiqi həm özəl, həm də dövlət lizinq şirkətlərinin inkişafına səbəb olacaq.

Bu təcrübə kənd təssərüfatı sahəsində istifadə olunan texnika, kübrə və damazlıq mal-qara üçün uzun müddətdir tətbiq edilir və özünü doğruldub. analoji nəticənin avtomobil bazarı eləcə də sənaye sahəsinə də müsbət təsir edəcəyi gözlənilir.
 
BAKU.WS