VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



“İrşad Electronics” MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyev vəfat edib.

BAKU.WS-in məlumatına görə, tanınmış iş adamı bu gün axşam saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.

Onun vanna otağında olarkən ürəyinin dayandığı bildirilir. İş adamının dəqiqi ölüm səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Onun nəşi ölüm səbəbinin araşdırılması üçün morqa aparılıb.  

İrad Hacıyevin 40 yaşı oktyabrda tamam olacaqdı.

Allah rəhmət eləsin!

BAKU.WS