SİZİN REKLAM BURADA!
055 213 76 73



“Gürcüstan Azərbaycana və Ermənistana vasitəçilik təklifİ edib. Bu təklifi dəstəkləyirəm”.

BAKU.WS
xəbər verir ki, bu barədə tanınmış politoloq Elxan Şahinoğlu “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, Rusiyadansa Gürcüstanın vasitəçiliyinin Azərbaycana və Ermənistana faydalı olacaq.


“Birincisi, “parçala və hökm sür” siyasətini əlində rəhbər tutan Rusiyadan fərqli olaraq Gürcüstan Cənubi Qafqazda həqiqi sülhdə və 3 ölkə arasında əməkdaşlığın genişlənməsində maraqlıdır.


İkincisi, Gürcüstan öz təcrübəsindən çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyü prinsipindən çıxış edəcək.

Üçüncüsü, Nikol Paşinyan jurnalist olduğu illərdə tez-tez Tiflisdə müxtəlif toplantılarda olub, onun dostluq etdiyi gürcülərin Azərbaycanda da dostları var.

Dördüncüsü, Gürcüstanın vasitəçilik təşəbbüsü Rusiyanın təsirini azaltmağa çalışan Paşinyanın da maraqlarına cavab verir.


Beşincisi, Gürcüstanın vasitəçiliyi ABŞ və Avropa Birliyinin dəstəyini qazanacaq və Cənubi Qafqazın bütöv halında Qərbə interqsiyasını gücləndirə bilər”, - deyə Elxan Şahinoğlu bildirib.

Ekspert deyir ki, Gürcüstanın vasitəçiliyinin əleyhinə olan iki güc var: Kreml və “Qarabağ klanı”.

BAKU.WS