SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
 
BAKU.WS-in SOCAR-a istinadla verdiyi məlumata görə, bu gün saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Yeni Suraxanı”, "Yeni Zabrat” (Xalçaçılıq) və "Ramanı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işləri aparılan müddətdə Ramanı, Yeni Suraxanı və Zabrat 1 qəsəbələrinin bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. 
 
BAKU.WS