SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycana idxal olunan “Premium Euro-95” markalı benzinin qiyməti qalxacaq.

BAKU.WS-in əldə etdiyi məlumata görə, hazırda yanacaq doldurma məntəqələrində qiymətlərin dəyişdirilməsi prosesi gedir. Amma qiymətlərin neçə faiz artacağı barədə dəqiqi məlumat yoxdur. Qiymət artımınən gecə saat 12-dən sonra qüvvəyə minəcəyi bildirilir. 

Qeyd edək ki, ölkəmizə idxal olunan "Premium Euro - 95" markalı benzinin bir litri 1.25 AZN-ə (0.74 ABŞ dolları) satılsa da, onun hər litri hazırda orta hesabla, təxminən, 1.35-1.4 AZN-ə başa gəlir. Qiymətlərin də məhz buna uyğunlaşdırılacağı istisna olunmur. 

BAKU.WS