VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Həbsdə olan video bloqer Mehman Hüseynov vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.

BAKU.WS
xəbər verir ki, bu barədə vəkili Şəhla Hümbətova "qafqazinfo"ya bildirib. Onun sözlərinə görə, hazırda 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan M. Hüseynov avqustun 10-da bu barədə ərizə yazaraq müdafiəçisi vasitəsilə məhkəməyə təqdim edib. O, ərizəsində cəzasının çəkilməmiş hissəsindən azad edilməklə şərti formada azadlığa buraxılmasını istəyib.

Qaradağ rayon Məhkəməsində yaxın günlərdə işə baxılacaq. Hələlik prosesə sədrlik edəcək hakimin kimliyi və məhkəmənin vaxtı bəlli deyil.

Qeyd edək ki, M. Hüseynov saxlanıldıqdan sonra polisin ona fiziki təzyiqlər etməsi barədə açıqlama verib. Daxili İşlər Nazirliyi isə bunu təkzib edib. Daha sonra Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında böhtan atmaqda təqsirli bilinib və məhkəmənin hökmü ilə 2017-ci il martın 3-də 2 il müddətinə azadlıqdan məhrum edilib. M. Hüseynov özünü təqsirli bilmir.

BAKU.WS