SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Qurban bayramı ilə əlaqədar avqustun 15-dən 24-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə. bayram ərəfəsində yarana biləcək sərnişin sıxlığının qarşısını almaq məqsədilə bir sıra tədbirlər həyata keçirilir.

“Hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsilə təxminən 10 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulub. Sərnişinlərdən xüsusi ricamız, bayram günləri üçün səfər biletlərini bir neçə gün öncədən Avtovağzalın kassalarından, eləcə də onlayn qaydada 10 gün öncədən əldə etmələridir. Əlavə məlumat üçün +994 12 406 01 58/59 məlumat bürosu ilə əlaqə saxlaya bilərsiniz”, - deyə Nuridə Allahyarova bildirib.

BAKU.WS şəhərlərarası və beynəlxalq sərnişindaşımanın reylərini təqdim edir:

BAKU.WS