VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşən 29 nəfər vətəndaşmızın əziz xatirəsini anmaq üçün aksiya keçirilib.
 
BAKU.WS məlumat verir ki, sosial şəbəkədə "Dənizə bir qərənfil ataq" adlı event yaradan gənclər itkin düşənlərin xatirəsini anmaq üçün bu gün saat 12:00-da Bakı Bulvarı, Saat Qülləsində toplanıblar.

Aksiyaya çox sayda insan qoşulub. Onlar Bulvar adlanan bütün dənizkənarı ərazidə qərənfil ataraq neftçilərimizin əziz xatirəsini anıblar.
 
BAKU.WS sözügedən aksiyadan fotoları təqdim edir. 
 
Ayşən Ayxan 
BAKU.WS